Bakıda Arif Məlikovun heykəli ucaldılacaq - SƏRƏNCAM
Prezident İlham Əliyev Azərbaycan musiqi sənətinin görkəmli nümayəndəsi, böyük bəstəkar, SSRİ xalq artisti, Dövlət mükafatı laureatı, akademik Arif Cahangir oğlu Məlikovun xatirəsinin əbədiləşdirilməsi haqqında sərəncam imzalayıb.
Minval.info xəbər verir ki, sərəncamla Bakı şəhər İcra Hakimiyyətinə Fəxri Xiyabanda Arif Məlikovun qəbirüstü abidəsinin qoyulmasını təmin etmək və Bakı şəhərindəki küçələrdən birinə Arif Məlikovun adının verilməsini təmin etmək tapşırılıb.
Mədəniyyət Nazirliyinə Bakı şəhər İcra Hakimiyyəti ilə birlikdə Bakı şəhərində Arif Məlikovun heykəlinin ucaldılmasını təmin etmək və Bakı şəhərində yerləşən musiqi məktəblərindən birinə Arif Məlikovun adının verilməsini təmin etmək tapşırılıb.
Nazirlər Kabinetinə bu sərəncamdan irəli gələn məsələləri həll etmək tapşırılıb.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Media və Yayım Şurası və Səhiyyə Nazirliyi birgə açıqlama yayıb
VACİBİlham Əliyevin Pezeşkianla görüşü keçirildi
Hərbi vəzifəlilərin nəzərinə: qaydalar dəyişdi
Azərbaycanda son 10 ilin ən isti yay fəsli yaşanıb
Cəbrayıla köçən sakinlərin məşğulluğu təmin edilir
Bu il neçə uşaq himayədar ailəyə və övladlığa verilib?
VACİBPrezident YAP-ın VIII Qurultayında - FOTO