Bakıda arıçılıq məhsullarının yarmarkası başlayır
Bakıda Arıçılıq Məhsullarının Sərgi-Satış Yarmarkası keçiriləcək. Bu tədbir Kənd Təsərrüfatı Nazirliyinin “Aqrar Tədarük və Təchizat” ASC və “Azərbaycan Arıçılar Assosiasiyası” İctimai Birliyinin birgə təşkilatçılığı ilə baş tutacaq.
Minval.info xəbər verir ki, yarmarkada iştirak etmək istəyən arıçılar 7 sentyabr saat 11:00-dan 9 sentyabr saat 23:59-a qədər bal.kendden.az portalı üzərindən onlayn qeydiyyatdan keçə bilərlər. Qeydiyyat yalnız Elektron Kənd Təsərrüfatı İnformasiya Sistemində (EKTİS) 2026-cı il sentyabr ayının 1-nə qədər minimum 40 arı ailəsi ilə təsərrüfatlarını bəyan etmiş fermerlər üçün açıq olacaq.
Yarmarkada iştirak hüququ qazanmış arıçılara SMS vasitəsilə məlumat veriləcək. Arıçı fermerlər yarmarkada maksimum 450 kq bal və 30 ədəd şan satışa çıxara bilərlər. Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları məhsullardan saxaroza nümunələri götürərək laboratoriya şəraitində yoxlayacaqlar. Keyfiyyət və qida təhlükəsizliyi standartlarına uyğun olmayan məhsullar yarmarkada satışa buraxılmayacaq. Müraciət və analizlər ödənişli şəkildə həyata keçiriləcək. Yarmarkada iştirak edən arıçılar satış yeri, lazımi ləvazimatlar, marketinq və PR dəstəyi ilə təmin olunacaqlar.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Renat Dadaşov Ukraynanın 'Bukovina' klubunda!
Bakıda göz rəngi əməliyyatı görməni zəiflətdi
Gənclik Mall önündə tıxacın gizli səbəbi açıqlandı
Azərbaycanın demoqrafik gələcəyi təhlükədədir
Lənkəranda nərdivandan yıxılan yaşlı kişi öldü
Biləcəri enişində yol tam bağlanacaq
Erməni şairin heykəli söküldü: Siyasi gərginlik artır