Bakıda 80 milyonluq əmlak sirri açılmır!
Bakıda 80 milyon manat dəyərində mənzilin hansı məşhur şəxs tərəfindən alındığı barədə yayılan məlumatlar geniş müzakirələrə səbəb olub. Əmlak məsələləri üzrə ekspert Vüqar Əliyevin iştirakı ilə keçirilən verilişdə bu mövzu ətrafında maraqlı fikirlər səsləndirilib.
Minval.info xəbər verir ki, Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin İdarə Heyətinin sədri Vüqar Orucov, belə bir əmlakın ən azı 4-4,5 min kvadratmetr sahəyə malik olmasının gözlənildiyini bildirib. O, bu qiymətə mənzilin mövcudluğunun real olmadığını vurğulayıb. Çünki Bakıda ən yüksək qiymətli mənzillər “Crescent Recidence”də yerləşir və burada bir kvadratmetrin qiyməti 17-18 min manat arasında dəyişir.
Vüqar Orucov, həmçinin qeyd edib ki, Azərbaycanda belə məbləğdə əmlak almaq imkanına malik şəxslər mövcuddur. Lakin vergi sisteminin tam formalaşmaması səbəbindən kimin hansı əmlaka sahib olduğunu müəyyənləşdirmək çətindir. Bu səbəbdən, 80 milyon manatlıq əmlakın mənzil deyil, başqa tipli daşınmaz əmlak olması ehtimalı daha yüksəkdir.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Xocavəndin iki kəndində qazlaşdırma işlərinə start verilib
Məktəb mədrəsə deyil, öz qaydaları var
İlqar Fəhmi məktəbli forması qərarını dəstəkləyir: Zərurət var
Əməkdar jurnalist Məhəbbət Mirzəyeva vəfat etdi
Məktəbdə qalmaqal: yüksək bal toplayan müəllim niyə kənarda qaldı?
Yasamalda şəhid Hüseyn Tağıyevin anım mərasimi keçirilib