Bakıda 8 yeni məktəb binası inşa olunur
Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyindəki 7 ümumi təhsil müəssisəsində tikinti və əsaslı təmir işləri aparılır.
İdarədən “Minval.info”a verilən məlumata görə, ehtiyac olan ərazilərdə 8 yeni məktəb inşa olunur.
Onlardan 5-də tikinti işləri artıq yekunlaşıb. Hazırda 205 nömrəli tam orta məktəbin bütövlükdə sökülərək yenidən tikintisi, 71 və 307 nömrəli tam orta məktəblərin köhnə korpuslarının əsaslı təmiri və yeni korpusun tikintisi, 320 nömrəli tam orta məktəbin əsaslı təmiri və bərpa-gücləndirmə işləri davam edir.
Bundan əlavə, 87 nömrəli tam orta məktəbin köhnə korpusunun, 35 və 263 nömrəli tam orta məktəblərin isə qəzalı vəziyyətdə olan korpuslarının söküntü işlərinə başlanılıb.
Eləcə də ehtiyac olan bütün təhsil müəssisələrində cari təmir və mühəndis-kommunikasiya işləri həyata keçirilir.
Qeyd edək ki, Azərbaycanda məktəb infrastrukturunun inkişafına və təhsilalanların tədris şəraitinin yaxşılaşdırılmasına xidmət edən dövlət siyasəti sayəsində təhsil müəssisələrinin mütləq əksəriyyəti müasir tələblər səviyyəsində yenidən qurulub. Paytaxt məktəblərində aparılan tikinti və təmir-bərpa işlərinin tezliklə yekunlaşdırılması nəzərdə tutulur.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Uzun yaşamaq istəyənlərə xəbərdarlıq: bu iki üsula inanmayın
Azərbaycanda qarabağ Milli Parkı yaradılır
Ədəbiyyat üzrə Nobel mükafatının sahibi bəlli oldu
1870 tələbə ödənişsiz təhsil almaq hüququ qazandı
Yeşilçamın tanınmış aktyoru Göksel Arsoy 90 yaşında dünyasını dəyişdi
Semiramis Pekkanın oğlu Zoran Lalvani ailə həyatı qurdu
Viktoriya Bonya tənqidlərə sərt cavab verdi: "Güzgüdə özünüzə baxın!"