Bakıda 32 marşrutun hərəkət sxemi dəyişir
Bakıda 32 müntəzəm marşrutun hərəkət sxemi dəyişdirilir. Bu dəyişikliklər Moskva prospekti (kənar yol), Rəşid İsmayılov (Biləcəri enişi) və Natəvan küçələrində aparılacaq təmir işləri ilə əlaqədardır.
Minval.info xəbər verir ki, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) tərəfindən verilən məlumata görə, bu gün saat 20:00-dan etibarən 2, 7A, 14, 29, 37, 67, 83, 83A, 91, 92, 96, 102, 114A, 114B, 119, 130, 135, 137, 142, 156, 156A, 158, 159, 170, 199, 500, 503, 508, 525A, 525B, 594 və E2 nömrəli marşrutların hərəkət sxemi dəyişdiriləcək.
Məlumata əsasən, avtobusların hərəkəti Moskva prospektində yerləşən tuneldən təşkil ediləcək. Bakı Beynəlxalq Avtovağzal Kompleksi və Biləcəri qəsəbəsinə xidmət göstərən 2, 7A, 14, 29, 37, 67, 83, 83A, 92 və 96 nömrəli marşrutlar Bakı-Sumqayıt şosesi, Sulutəpə yol ötürücüsü, Xocəsən dairəsi, Bakı Beynəlxalq Avtovağzal Kompleksi istiqamətində hərəkət edəcək. 156, 156A, 158, 170, 525A və 525B nömrəli marşrutlar “20 Yanvar” dairəsi və Moskva prospekti (tunel) ilə hərəkət edəcək. 91 nömrəli marşrut isə Rəşid İsmayılov küçəsi, 1-ci döngə, Qabil Süleymanov küçəsi ilə təşkil ediləcək.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Xocavəndin iki kəndində qazlaşdırma işlərinə start verilib
Məktəb mədrəsə deyil, öz qaydaları var
İlqar Fəhmi məktəbli forması qərarını dəstəkləyir: Zərurət var
Əməkdar jurnalist Məhəbbət Mirzəyeva vəfat etdi
Məktəbdə qalmaqal: yüksək bal toplayan müəllim niyə kənarda qaldı?
Yasamalda şəhid Hüseyn Tağıyevin anım mərasimi keçirilib