Bakıda 25 nəfər hamilə qadını xəstəxanalıq etdi – FOTO-VİDEO

Bakının Binəqədi rayonunda kütləvi dava baş verib.
Minval.İnfo ARB TV-yə istinadən xəbər verir ki, hadisəyə Xocahəsən qəsəbəsindəki yaşayış evlərinin birindən qonşunun həyətinə su axması səbəb olub.
Fərdi yaşayış evində kirayə qalan 25 yaşlı Səfər Səfərov öz ad gününü qeyd etmək üçün bacılarını və onlardan birinin həyat yoldaşı, Türkiyə vətəndaşı Səlcuq Yoldəmiri də qonaq çağırıb. Qonaqlıq zamanı qonşuluqda yaşayan yaşlı kişi Səfərovgilə gələrək bildirib ki, onun həyətindəki çən su buraxır və nəticədə həmin su onların həyətinə axır. Söz davası böydüyündən yaşlı kişinin qohumları da məsləyə qarışıblar və məsələ artıq əlbəyaxa davaya çevrilib.
Nəticədə S.Səfərovla bacısı və yeznəsi döyülərək müxtəlif bədən xəsarətləri alıb. Yaralılar xəstəxanaya çatdırılıblar.
Səfər Səfərov – Zərərçəkən: “Dedi ki, başından böyük danışma. Bura sənin suyun axıb. Deyirəm dayı arada məsafə var gələ bilməz. Dedi ki, yox, mən beləyəm. Kişi mənə əl atdı. Sonra dedi ki, 15 dəqiqə sonra səni evindən aparacaqlar. Dedim ki, dünya dərəbəyilikdir? 15 dəqiqə sonra dediyi də oldu. 20-25 nəfər gəldilər”.
Zərərçəkən: “Məni də sürüdülər. Dedim ki, uşağı vurmayın. İndi hamiləliyim pis vəziyyətdədir”.
Səlcuq Yoldəmir – Zərərçəkən: “Mən həyatımda belə şey görməmişəm. Çox döydülər. Qaynımı verməyəndə məni döydülər. O arada qaynımı apardılar maşına”.
Hadisəni törətməkdə şübhəli bilinən iki nəfəri saxlayıblar.
ƏLAQƏLİ
Aydın Mirzəzadədən məktəbli geyimi ilə bağlı açıqlama: Milli ənənələr nəzərə alınıb
Faktla bağlı araşdırma davam edir.




Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Xocavəndin iki kəndində qazlaşdırma işlərinə start verilib
Məktəb mədrəsə deyil, öz qaydaları var
İlqar Fəhmi məktəbli forması qərarını dəstəkləyir: Zərurət var
Əməkdar jurnalist Məhəbbət Mirzəyeva vəfat etdi
Məktəbdə qalmaqal: yüksək bal toplayan müəllim niyə kənarda qaldı?
Yasamalda şəhid Hüseyn Tağıyevin anım mərasimi keçirilib