Bakıda 21 yaşlı qızın sirlərlə dolu ölümü - Qonaq getdiyi evdə nə baş verib?
Bakıda özünü binadan atan 21 yaşlı qızla bağlı yeni detallar məlum olub.
Zərifə Məmmədzadənin Ağsudan Bakıya işləmək üçün gəldiyi ilə bağlı səslənən iddialar doğru deyil.
Belə ki, Z.Məmmədzadə Bakıda yerləşən 80 nömrəli məktəbin məzunudur. O, Bakı Biznes və Kooperasiya Kollecini bitirib.
Yaxınlarının sözlərinə görə, Zərifənin rəfiqəsi ilə birgə yaşadığı ilə bağlı yayılan xəbərlər yalandır. Z.Məmmədzadənin atası vəfat edib. O, qardaşı və anası ilə birgə yaşayıb. Anasına çox bağlı olduğu bildirilən gənc qız ölümündən bir gün əvvəl axşam saatlarında ailəsi ilə danışıb və rəfiqəsinin evində qalması üçün icazə alıb.
Məlumata görə, Zərifə heç vaxt evdən kənar yerdə qalmayıb. O, rəfiqəsi ilə birgə gözəllik salonunda çalışırdı. İşdən sonra rəfiqəsinin evinə qonaq gedən Zərifənin intiharı yaxınlarında bir sıra suallar doğurur. (azmedia.az)
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Messi Brunatinin həyatına xoşbəxtlik qatdı
Filippində sel sularında üzən piton qorxu saçdı
Xırdalanda obyekt yanğını: Xəsarət yoxdur!
Bakının Nərimanov rayonunda 15 bina söküləcək
Bakıda güclü yanğın: Binə qatı dumanla örtüldü
Bakıda şok: Kişi əməliyyatdan sonra yataq xəstəsi oldu-VİDEO
ABŞ-dən İrana qarşı yeni hərbi əməliyyatlar