Bakıda 2 yeni metro stansiyası açılacaq
“Hazırda “Bakı Metropoliteni” QSC-nin III – “Bənövşəyi xətt”inin tikintisi davam etdirilir və gələn ilin sonunda ilk iki stansiyanın istismara verilməsi nəzərdə tutulur”.
“Report”un məlumatına görə, bunu qurumun istismar üzrə baş mühəndisi Əlixan Osmanov metro işçilərinin peşə bayramı münasibəti ilə keçirilən tədbirdə bildirib.
“Burada çətinlik ondan ibarətdir ki, metropolitenin baş layihəçisi – Fransanın SYSTRA şirkəti işlədiyi müddət ərzində yalnız konsepsiyanı irəli sürüb və ümumi istiqamətlər verməklə məşğul olub. Qısa müddətdə “Bakımetrolayihə” institutunun işi canlandırılıb və ən zəruri layihələr hazırlanıb. Onun nəticəsidir ki, gələn ilin sonunda iki stansiyanın istismara verilməsi nəzərdə tutulur. “Bənövşəyi xətt”in digər stansiyalarının tikintisində işlər lazımi səviyyədə aparılır”, – deyə o qeyd edib.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
U-21 millisinin heyətində sürpriz ad: Axundzadə!
Azərbaycanlı dizayner Çində qızıl medal qazandı
AZAL Mərkəzi Asiya və MDB-nin ən yaxşısı seçildi
Professor Nadir Məmmədli: Türkoloji elmin öncüsü
Dağlıq rayonlarda leysan və dolu təhlükəsi!
Azərbaycan XİN-dən Kitts və Nevisə təbrik mesajı
Bakıda 5 avtobusun marşrutu dəyişdirildi!