Bakı və bölgələrdə su hövzələrində qanun pozuntuları!
Bakı və bölgələrdə yerləşən su hövzələrində qanun pozuntuları aşkarlanıb. Daxili İşlər Nazirliyindən verilən məlumata görə, Su Nəqliyyatında Polis İdarəsi Dövlət Su Ehtiyatları Agentliyi yanında Suların İstifadəsinə və Mühafizəsinə Dövlət Nəzarəti Xidmətindən daxil olmuş müraciətlər əsasında su hövzələrində qanunvericiliyin tələblərinə riayət olunmasına nəzarət məqsədilə müvafiq tədbirlər həyata keçirib.
Minval.info xəbər verir ki, araşdırmalar nəticəsində Xəzər rayonu, Buzovna qəsəbəsi, Suraxanı rayonu, Bülbülə qəsəbəsi, Abşeron rayonu, Məmmədli kəndi ərazisində yerləşən göllərdə, həmçinin Goranboy rayonunun Yuxarı Ağcakənd qəsəbəsi ərazisində Qaraçay çayının sahilində və Balakən rayonunda Dəliçay çayı ərazisində su qanunvericiliyinin tələblərinin pozulması halları aşkarlanıb.
Bu pozuntular arasında su hövzələrinin tikinti-söküntü tullantıları, məişət tullantıları, bərk və qarışıq süxurlarla qanunsuz doldurulması, həmin ərazilərin akvatoriyasına torpaq və digər materialların gətirilərək tökülməsi, habelə sahilboyu mühafizə zolağında torpaq-qazıntı işlərinin aparılması halları müəyyən edilib. Eyni zamanda, su hövzələrində icazəsiz qazıntı işlərinin aparılması nəticəsində yerin relyefinin dəyişdirilməsi və hidroloji rejimin pozulmasına səbəb olan hallar aşkarlanıb.
Qeyd edilən faktlarla bağlı Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işləri başlanılıb. Hazırda faktların hüquqi qiymətləndirilməsi məqsədilə zəruri istintaq tədbirləri davam etdirilir.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
İspaniyada güclü yağışlar ölümlə nəticələndi, dərslər təxirə salındı
Türkiyədə sel fəlakətində ölənlərin sayı artdı
Yol polisi dəmir yolu keçidlərində təhlükəsizlik üçün xəbərdarlıq etdi
Məktəbdə səsləndirilən şüarlar - kimlərə xidmət edirlər?
DİN: İctimai qaydanı pozan 37 nəfər həbs edilib
Məktəbli forması ilə bağlı qaydalara etiraz edən 37 nəfər həbs olundu
Ötən həftə 1240 hektara yaxın ərazi minalardan təmizlənib