24.08.2026 - 17:35
Ölkə 20 baxış

Bakı və bölgələrdə elektrik fasilələri gözlənilir

Avqustun 24-də Bakı və bir sıra bölgələrdə elektrik enerjisinin verilişində müvəqqəti fasilələr olacaq. Bu tədbirlər elektrik şəbəkələrinin təkmilləşdirilməsi və artan yük tələbatının qarşılanması məqsədilə həyata keçirilir.

Minval.info xəbər verir ki, “Azərişıq” ASC-nin məlumatına görə, Tərtər Elektrik Şəbəkəsinin xidmət ərazisində saat 10:00-dan 14:00-dək ağacların budanması səbəbindən İrəvanlı və Bayandur kəndlərinin bir hissəsində elektrik enerjisi kəsiləcək.

Ağdaş Elektrik Şəbəkəsinə aid olan “Pirəzə” və “Kükəl” hava xətlərində təmir işləri aparılacaq. Bu səbəbdən saat 10:00-dan 17:00-dək Abad, Ağzıbir, Ağcaqovaq, Eymur, Ərəbşəki, Hüşün, Xınaxlı, Kotavan, Kükəl, Qaradeyin, Qaraoğlan və Pirəzə kəndlərinin bəzi ərazilərində elektrik enerjisi verilişində fasilələr olacaq.

Bərdə Elektrik Şəbəkəsi ərazisində yerləşən “Şirvanlı” yarımstansiyasında yeni transformatorun quraşdırılması ilə əlaqədar saat 10:00-dan 19:00-dək Böyük Qacar, Dəymədağıldı, Hüseynbəyli, Xanxanımlı, Kətəlparaq, Qullar, Qurdlar, Piyadalar, Soğanverdilər, Şahvəlilər, Şirvanlı və Uğurbəyli kəndlərində elektrik enerjisi kəsiləcək.

Goranboyda isə bir sıra hava xətləri boyunca aparılan ağac budama işləri səbəbindən saat 09:45-dən 14:45-dək Bəşirli, Göynüyən və Hazırəhmədli, saat 10:00-dan 15:00-dək isə Xınalı və Qaramusalı kəndlərinin bir hissəsində elektrik enerjisi verilişi məhdudlaşdırılacaq.

Paytaxtın Yasamal rayonunda da təmir işləri aparılacaq. Saat 10:00-dan 13:00-dək Ələsgər Ələkbərov, Hüseyn Cavid, Eldar Ağayev, Abbas Mirzə Şərifzadə, Mirəli Seyidov və Nazim Hikmət küçələrinin bir hissəsində elektrik enerjisi kəsiləcək.

Görülən işlər tamamlandıqdan sonra həmin ərazilərdə abonentlər daha keyfiyyətli və dayanıqlı elektrik enerjisi ilə təmin olunacaq.

Bu xəbəri paylaş:
Link yaddaşa kopyalandı!

Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!

Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun: