Bakıətrafı qəsəbələrə elektrik qatarları işləyəcək - AÇIQLAMA - VİDEO

Paytaxtda və Bakıətrafı qəsəbələrdə 25-ə yaxın köhnə stansiya bərpa ediləcək.
Minval.İnfo-nun məlumatına görə, bunu “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin sədri Cavid Qurbanov deyib. Artıq işlərə başlanılıb və dəmir yolu xətləri yenilənir. Əsas xətlərdən biri Novxanıdan keçməklə Bakıdan Sumqayıta qədərdir. Digəri Bakıətrtafı qəsəbələr və şəhər daxilində olacaq.
Onun sözlərinə görə, ikinci bir yol Dübəndiyə qədər gedəcək. Yeni xətlərdə elektrik qatarları işləyəcək. Qatarların sürəti isə 160 kilomterə qədərdir.
Cavid Qurbanov deyib ki, bu işlərin görülməsi üçün büdəcədən 3 milyard manata yaxın vəsaitin ayrılması nəzərdə tutulub.
O, “Şimal-Cənub” nəqliyyat dəhlizindəki son vəziyyətdən də danışarq bildirib ki, bu dəhlizlə yük daşımaq üçün maraq böyükdür. Çünki həm bu xətt Avropaya yaxındır, həm də daşıma qiymətləri aşağıdır.
Hazırda Çindən əlavə yüklərin cəlb edilməsi istiqamətində danışıqlar aparılır.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:
ƏLAQƏLİ
Aydın Mirzəzadədən məktəbli geyimi ilə bağlı açıqlama: Milli ənənələr nəzərə alınıb
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Xocavəndin iki kəndində qazlaşdırma işlərinə start verilib
Məktəb mədrəsə deyil, öz qaydaları var
İlqar Fəhmi məktəbli forması qərarını dəstəkləyir: Zərurət var
Əməkdar jurnalist Məhəbbət Mirzəyeva vəfat etdi
Məktəbdə qalmaqal: yüksək bal toplayan müəllim niyə kənarda qaldı?
Yasamalda şəhid Hüseyn Tağıyevin anım mərasimi keçirilib