Bakı Şəhər Baş Polis İdarəsi dəhşətli statistika açıqladı

Bu ilin 9 ayı ərzində paytaxt ərazisində baş vermiş 430 yol-nəqliyyat hadisəsində 147 nəfər həlak olub, 364 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
Bakı Şəhər Baş Polis İdarəsindən (BŞBPİ) Qaynarinfo-ya verilən məlumata görə, bu barədə bu gün İdarədə cari ilin 9 ayında cinayətkarlıqla mübarizə və ictimai təhlükəsizliyin təmini sahələrində görülən işlərin yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan geniş əməliyyat müşavirəsində Bakı şəhər BŞBPİ-nin əməliyyat işləri üzrə rəis müavini, polis general-mayoru Elxan Həsənov deyib.
E.Həsənovun sözlərinə görə, 2017-ci ilin müvafiq dövrü ilə müqayisədə yol-nəqliyyat hadisələrinin sayı 4,4 faiz, xəsarət alanların sayı isə 7,1 faiz azalıb.
Əməliyyat-xidməti fəaliyyətin mühüm istiqamətlərindən olan yоl hərəkətinə nəzarət prоsеsində 668.406, о cümlədən sürət rеjiminə əməl оlunmaması ilə bağlı 303.969, ötmə və manevr qaydalarının pozulması ilə əlaqədar 25.738, nəqliyyat vasitəsinin sərхоş vəziyyətdə idarə оlunması ilə bağlı isə 1.769 inzibati хəta aşkar еdilib.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Azərbaycanda İdarə rəisi işdən çıxarıldı
Azərbaycanda ölüm halları artıb: səbəblər - RƏSMİ
Bu sahədə çalışanların maaşı artırıldı – SƏRƏNCAM
Şəki Apellyasiya Məhkəməsinin hakimi vəzifəsindən azad edilir
İlham Əliyev zəlzələnin baş verdiyi Şamaxıda
Bakı metrosunda problem - AÇIQLAMA
Ermənilər Laçında 10 metrlik "yolka" quraşdırdılar - FOTOLAR