Bakı qızlar universitetinin tələbələri hansı universitetlərə köçürüləcək? – Müəmma davam edir
Bakı Qızlar Universitetində təhsil alan tələbələrin digər universitetlərə köçürülməsi prosesi davam edir. Elm və təhsil nazirinin müavini Həsən Həsənli bu barədə jurnalistlərə açıqlama verib.
Minval.info xəbər verir ki, Həsən Həsənli, prosesin hələ tamamlanmadığını və bu mərhələdə hər hansı məsələləri şərh etməyin səmərəli olmadığını bildirib. O, tələbələrin təhsillərini davam etdirməsi üçün görülən işlərin öncə tamamlanmasının vacibliyini vurğulayıb. Pedaqoji heyətin gələcək fəaliyyəti ilə bağlı da nazirliyin müvafiq məlumat verəcəyini qeyd edib.
Nazir müavini əlavə edib ki, bütün tələbələrin eyni universitetə köçürülməsi mümkün olmayacaq və hər bir tələbənin hansı təhsil müəssisəsinə köçürüləcəyini bu mərhələdə açıqlamaq çətindir.
ƏLAQƏLİ
Bakı metrosunda yeni dövr: 'Nizami' və '28 May' arası avtobuslar ödənişli olacaq!
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Mingəçevirdə faciə: 14 yaşlı yeniyetmə kanalda çimərkən yoxa çıxdı
Bakı və bölgələrdə apteklərdə aşkarlanan nöqsanlar: Hansı qanun pozulub?
Şəhid elçin kərimbəyli: Qəhrəmanlıqla dolu qısa bir ömürün izləri
Asya əlizadə Türkiyə həsrətindən danışdı: "Artıq yaxşı qız olacağam