Bakı Qızlar Universiteti bağlandı: Tələbələr harada təhsil alacaq?
Bakı Qızlar Universitetinin təhsil fəaliyyətinin dayandırılması ilə əlaqədar olaraq, bu ali təhsil müəssisəsinin tələbələrinin digər özəl universitetlərə köçürülməsi prosesi başlanıb.
Minval.info xəbər verir ki, Elm və Təhsil Nazirliyi bu barədə rəsmi açıqlama yayıb. Açıqlamada bildirilir ki, 2026/2027-ci tədris ili üçün Bakı Qızlar Universitetinə tələbə qəbulu həyata keçirilməyəcək.
Universitetdə təhsil alan 1568 tələbədən 1513-ü bakalavriat, 55-i isə magistratura səviyyəsindədir. Bu tələbələrin təhsillərini Bakıda yerləşən digər özəl ali təhsil müəssisələrində davam etdirmələri üçün köçürülməsi nəzərdə tutulur. Köçürülmə zamanı tələbələrin topladıqları bal, ixtisasları, təhsil səviyyəsi və digər meyarlar nəzərə alınacaq.
Bundan əlavə, akademik məzuniyyətdə olan və ya təhsilini müvəqqəti dayandırmış şəxslərin vəziyyəti dəqiqləşdiriləcək və onların təhsil hüquqları qanunvericiliyə uyğun olaraq təmin ediləcək.
Universitetin bağlanması, əvvəlki məzunların diplomlarının hüquqi qüvvəsinə təsir etməyəcək. Diplomlar etibarlı olaraq qalacaq və cari tədris ilində məzun olanlara da qanunvericiliyə uyğun olaraq diplomlar təqdim ediləcək.
Universitetdə çalışan 110-dan çox pedaqoqdan yarısından çoxunun elmi dərəcəsi yoxdur və əksəriyyətinin əsas iş yeri digər ali təhsil müəssisələridir. Bu səbəbdən onların iş yerləri təsirlənməyəcək. Universitetin ştatında çalışan əməkdaşlar isə digər təhsil müəssisələrindəki vakant yerlərə müraciət edə bilərlər.
Elm və Təhsil Nazirliyi, tələbələrin təhsilinin davamlılığını təmin etmək üçün görülən tədbirlər barədə ictimaiyyəti mütəmadi olaraq məlumatlandıracaq.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Xocavəndin iki kəndində qazlaşdırma işlərinə start verilib
Məktəb mədrəsə deyil, öz qaydaları var
İlqar Fəhmi məktəbli forması qərarını dəstəkləyir: Zərurət var
Əməkdar jurnalist Məhəbbət Mirzəyeva vəfat etdi
Məktəbdə qalmaqal: yüksək bal toplayan müəllim niyə kənarda qaldı?
Yasamalda şəhid Hüseyn Tağıyevin anım mərasimi keçirilib