Bakı-Naxçıvan reysləri ildırım səbəbindən təxirə salındı
Azərbaycan Hava Yolları, 29 avqust 2026-cı il tarixində planlaşdırılan Bakı-Naxçıvan-Bakı reyslərinin ildırımlı hava şəraiti səbəbindən təxirə salındığını açıqlayıb.
Minval.info xəbər verir ki, hava şəraiti sabitləşdikdən sonra uçuşlar bərpa ediləcək və sərnişinlərə mümkün dəyişikliklər barədə ətraflı məlumat veriləcək.
Naxçıvan Muxtar Respublikasının coğrafi mövqeyi və dağlıq relyefi səbəbindən bölgədə müşahidə olunan meteoroloji şərait uçuş əməliyyatlarına birbaşa təsir göstərə bilir. Xüsusilə güclü külək, küləyin istiqamətinin qəfil dəyişməsi və ildırım aktivliyi eniş və qalxma mərhələlərində əlavə risklər yaradır.
Uçuşların hava şəraiti ilə əlaqədar təxirə salınması və ya ləğv edilməsi qərarı yalnız sərnişinin hava limanında müşahidə etdiyi hava şəraitinə əsasən verilmir. Bu qərarlar marşrut boyunca, qalxma və enmə hava limanlarında mövcud və proqnozlaşdırılan meteoroloji şərait əsasında qəbul edilir.
Belə meteoroloji hallar uçuşun təhlükəsizliyinə ciddi təsir göstərdiyindən, ekipaj və əməliyyat xidmətləri beynəlxalq aviasiya təhlükəsizliyi standartlarına uyğun olaraq müvafiq qərarlar qəbul edirlər.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Buzovna məscidində qanunsuz yenidənqurma qalmaqalı
Dani Bolt "Qarabağ"ı tərk etdi, Malayziyaya gedir
Badamdarda qonşular arasında sərhəd mübahisəsi alovlanır
Sabah "Barselona" ilə Bakıda qarşılaşacaq!
Bakı və Abşeronda həyət evləri ucuzlaşır
Gözəl Zutova dünya çempionu oldu
Neftçi SOCAR Yaponiyada 1/4 finala yüksəldi