Bakı Nəqliyyat Agentliyi taksilərlə bağlı hərəkətə keçdi
“247 məntəqədə yeni taksi duracaqlarının yaradılması planlaşdırılır”.
Bunu Bakı Nəqliyyat Agentliyinin (BNA) mətbuat katibi Mais Ağayev Modern.az-ın sorğusuna cavab olaraq bildirib. M.Ağayev qeyd edib ki, taksi duracaqlarının yaradılması qurumun diqqətində olan əsas məsələlərdəndir:
“Ötən müddətdə Agentlik tərəfindən 74 taksi duracaq məntəqəsi təşkil edilib. Yəni bu proses davamlı olaraq həyata keçiriləcək və tələbata uyğun olaraq yeni taksi duracaqları təşkil ediləcək”.
BNA rəsmisi qeyd edib ki, taksi xidmətinin keyfiyyətinin artırılması məqsədi ilə duracaqlar Nazirlər Kabinetinin 4 mart 2019-cu il tarixli 73 saylı qərarı ilə təsdiq edilən tələblərə uyğun təşkil ediləcək:
“Yalnız bu qərarda əksini tapan tələblərə cavab verən, fərqlənmə nişanı əldə etmiş taksi minik avtomobilləri üçündür. Duracaqların təşkili işlərinə isə artıq başlanılıb”.
M.Ağayev bildirib ki, taksi duracaqları tam olaraq fəaliyyətə başlayandan sonra metro çıxışlarını, avtobus dayanacaqlarını zəbt etmiş taksilər olmayacaq.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Media və Yayım Şurası və Səhiyyə Nazirliyi birgə açıqlama yayıb
VACİBİlham Əliyevin Pezeşkianla görüşü keçirildi
Hərbi vəzifəlilərin nəzərinə: qaydalar dəyişdi
Azərbaycanda son 10 ilin ən isti yay fəsli yaşanıb
Cəbrayıla köçən sakinlərin məşğulluğu təmin edilir
Bu il neçə uşaq himayədar ailəyə və övladlığa verilib?
VACİBPrezident YAP-ın VIII Qurultayında - FOTO