Bakı Nəqliyyat Agentliyi FHN-ni təkzib etdi

Bakı Nəqliyyat Agentliyi paytaxtda sərnişin avtobusunun yanması barədə xəbəri təkzib edib.
Minval.İnfo xəbər verir ki, BNA-nın Mətbuat xidmətinin rəhbəri Mais Ağayev məlumat yayıb.
ƏLAQƏLİ
Qonaqlara iylənmiş ətdən yemək verən "Çıraq Palace" ilə bağlı qərar verildi
O bildirib ki, martın 21-də “BakuBus” MMC-yə aid iki sərnişin avtobusunun iştirakı ilə yol-nəqliyyat hadisəsi baş verib: “Hadisə səhər saat 6 radələrində avtobuslar Yasamal rayonu istiqamətində başlanğıc dayanacağa gedərkən Nəsimi rayonu, Ü.Hacıbəyov küçəsində qeydə alınıb. Hadisə zamanı avtobuslarda sərnişin olmayıb, sürücülər isə xəsarət almayıb. Ehtiyyat tədbiri üçün hadisə yerinə ərazi üzrə Nəsimi rayon Dövlət Yanğından Mühafizə hissəsinin briqadası gəlsə də, hər hansı bir yanğın hadisəsi qeydə alınmayıb.
Qeyd edilənlərə əsasən bildiririk ki, “İveco” markalı sərnişin avtobusunun yanması ilə bağlı yayılan məlumatlar həqiqətə uyğun deyil və mövcud hadisənin təhrif olunmasıdır”.
Xatırladaq ki, Bakıda “İveco” markalı sərnişin avtobusunun mühərrik hissəsinin yanması barədə məlumatı Fövqəladə Hallar Nazirliyi yayıb.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Qonaqlara iylənmiş ətdən yemək verən "Çıraq Palace" ilə bağlı qərar verildi
İspaniyada güclü yağışlar ölümlə nəticələndi, dərslər təxirə salındı
Türkiyədə sel fəlakətində ölənlərin sayı artdı
Yol polisi dəmir yolu keçidlərində təhlükəsizlik üçün xəbərdarlıq etdi
Məktəbdə səsləndirilən şüarlar - kimlərə xidmət edirlər?
DİN: İctimai qaydanı pozan 37 nəfər həbs edilib
Məktəbli forması ilə bağlı qaydalara etiraz edən 37 nəfər həbs olundu