Bakı metrosunda yeni vaqonların sayı 65-ə çatdırıldı
“Bakı Metropoliteni” QSC bu gün 2 yeni qatarını xəttə buraxacaq.
Bunu “Minval”a açıqlamasında qurumun mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov deyib.
Onun sözlərinə görə, həmin qatarlar “Həzi Aslanov” – “Dərnəgül” istiqamətində hərəkət edəcək.
“Digər iki qatarın da xəttə buraxılması üçün sazlanma işləri gedir. Təxminən iyulun ilk yarısında onlar da sərnişinlərin istifadəsinə veriləcək”, – metro rəsmisi qeyd edib.
Xatırladaq ki, hazırda metronun vaqon parkı 280 vaqondan ibarətdir. Onun 55-i yeni nəsil vaqonlardır. Bu gün xəttə çıxacaq vaqonlarla birlikdə bu say 65-ə çatdırılacaq. Növbəti qatarlarla birlikdə isə bu rəqəm 75 olacaq.
Ötən ilin oktyabr ayında “Bakı Metropoliteni” Rusiyanın ”Transmaşholdinq” QSC-yə daxil olan “Metrovaqonmaş” ASC ilə yeni vaqonların (qatarların) alınmasına dair yeni müqavilə imzalayıb. Müqavilənin şərtinə görə, qarşıdakı 3 ildə, hər il 20 vaqon yaxud 4 qatar olmaqla ümumilikdə, 60 vaqon və yaxud 12 qatarın Bakıya gətirilməsi nəzərdə tutulub.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Media və Yayım Şurası və Səhiyyə Nazirliyi birgə açıqlama yayıb
VACİBİlham Əliyevin Pezeşkianla görüşü keçirildi
Hərbi vəzifəlilərin nəzərinə: qaydalar dəyişdi
Azərbaycanda son 10 ilin ən isti yay fəsli yaşanıb
Cəbrayıla köçən sakinlərin məşğulluğu təmin edilir
Bu il neçə uşaq himayədar ailəyə və övladlığa verilib?
VACİBPrezident YAP-ın VIII Qurultayında - FOTO