Bakı metrosunda yeni dövr: Sərnişinlərə əlavə xərclərsiz səyahət imkanı!
Bakı Metropoliteni sərnişinlərin əlavə xərclərini azaltmaq üçün yeni tədbirlər görür. Avqustun 15-dən etibarən Qırmızı və Yaşıl xətlərin ayrılması layihəsinin tikinti mərhələsinə start veriləcək.
Minval.info xəbər verir ki, “Bakı Metropoliteni” QSC-nin mətbuat katibi Bəxtiyar Məmmədov, bu tikinti işləri səbəbindən sərnişinlərin əlavə xərcə düşməməsi üçün alternativ yollar təklif edib. O, sərnişinlərin “Əhmədli” və “Koroğlu” stansiyalarından “Elmlər Akademiyası”, “İnşaatçılar” və “20 Yanvar” istiqamətində metrodan istifadə etmədən, ekspres avtobuslardan yararlanaraq əlavə 1 manat 20 qəpik xərcləmədən hərəkət edə biləcəklərini bildirib.
Məmmədov, həmçinin, sərnişinlərin rahatlığını təmin etmək üçün davamlı monitorinqlərin aparılacağını qeyd edib.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Xocavəndin iki kəndində qazlaşdırma işlərinə start verilib
Məktəb mədrəsə deyil, öz qaydaları var
İlqar Fəhmi məktəbli forması qərarını dəstəkləyir: Zərurət var
Əməkdar jurnalist Məhəbbət Mirzəyeva vəfat etdi
Məktəbdə qalmaqal: yüksək bal toplayan müəllim niyə kənarda qaldı?
Yasamalda şəhid Hüseyn Tağıyevin anım mərasimi keçirilib