Bakı metrosunda yeni dövr: '28 May'–'Nizami' xətti bağlanır, 6 ekspres marşrut işə düşür
Bakı Metropoliteni tərəfindən həyata keçirilən xətlərin ayrılması layihəsi çərçivəsində ’28 May’ və ‘Nizami’ stansiyaları arasında qatarların hərəkəti avqustun 15-dən etibarən müvəqqəti olaraq dayandırılacaq.
Minval.info xəbər verir ki, bu vəziyyəti yüngülləşdirmək məqsədilə AYNA tərəfindən 6 yeni ekspres avtobus marşrutu təşkil ediləcək və bu marşrutlar avqustun 14-dən fəaliyyətə başlayacaq.
Yeni ekspres marşrutlar aşağıdakı kimidir:
- M1 – ‘Elmlər Akademiyası’ və ’28 May’ stansiyaları arasında.
- M2 – ‘İnşaatçılar’, ‘Nizami’ və ’28 May’ stansiyaları arasında.
- M3 – ’20 Yanvar’, ‘Nizami’ və ’28 May’ stansiyaları arasında.
- M4 – ’20 Yanvar’ və ‘Koroğlu’ stansiyaları arasında.
- M5 – ’20 Yanvar’ və ‘Gənclik’ stansiyaları arasında.
- M6 – ‘Elmlər Akademiyası’ və ‘Gənclik’ stansiyaları arasında.
Bundan əlavə, 20 müntəzəm marşrutda avtobusların sayı artırılacaq. Bu marşrutlar arasında 2, 6, 7A, 9, 10, 14, 17, 18, 26, 61, 65, 79, 85, 88, 88A, 93, 133, 165, 199 və 202 nömrəli marşrutlar yer alır.
Bundan başqa, ’28 May’ Nəqliyyat Mübadilə Mərkəzinə daxil olan 32, 49, 120E və 125 nömrəli marşrutların son dayanacaq məntəqələri dəyişdirilərək Səməd Vurğun bağının ətrafında təşkil edilib. 32 və 49 nömrəli marşrutların son dayanacağı Dilarə Əliyeva küçəsində, 120E və 125 nömrəli marşrutların isə Puşkin küçəsində yerləşəcək.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Xocavəndin iki kəndində qazlaşdırma işlərinə start verilib
Məktəb mədrəsə deyil, öz qaydaları var
İlqar Fəhmi məktəbli forması qərarını dəstəkləyir: Zərurət var
Əməkdar jurnalist Məhəbbət Mirzəyeva vəfat etdi
Məktəbdə qalmaqal: yüksək bal toplayan müəllim niyə kənarda qaldı?
Yasamalda şəhid Hüseyn Tağıyevin anım mərasimi keçirilib