Bakı metrosunda qatarların intervalı azaldılır?
Bakı metropolitenində yaxın gələcəkdə qatarların hərəkət intervalının azaldılması istiqamətində təhlillər aparılır və mümkün tədbirlərin həyata keçirilməsi imkanları araşdırılır. Bu barədə “Bakı Metropoliteni” QSC-dən məlumat verilib.
Minval.info xəbər verir ki, metropoliten rəhbərliyi sərnişin axını və tələbatı diqqət mərkəzində saxlayaraq, Yaşıl və Qırmızı xətlərin müstəqil fəaliyyət sahələrində gur saatlarda hərəkət intervalını optimallaşdırmağa çalışır. Hazırda Yaşıl xətt üzrə interval 3 dəqiqə 30 saniyə, Qırmızı xətdə isə 2 dəqiqə 30 saniyə təşkil edir.
Qırmızı xətt üzrə intervalın azaldılması üçün müvafiq gücləndirmə və optimallaşdırma tədbirləri görülüb, əlavə maşinistlər ayrılaraq qatarların “İçərişəhər” stansiyasını daha operativ tərk etməsi təmin edilib. Bununla yanaşı, “28 May-Nizami” stansiyaları arasında hərəkətin dayandırılması metroda sərnişin sayının azalmasına səbəb olub. Bu səbəbdən yerüstü ictimai nəqliyyata tələbat artıb və Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) ilə sıx əməkdaşlıq həyata keçirilir.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Xocavəndin iki kəndində qazlaşdırma işlərinə start verilib
Məktəb mədrəsə deyil, öz qaydaları var
İlqar Fəhmi məktəbli forması qərarını dəstəkləyir: Zərurət var
Əməkdar jurnalist Məhəbbət Mirzəyeva vəfat etdi
Məktəbdə qalmaqal: yüksək bal toplayan müəllim niyə kənarda qaldı?
Yasamalda şəhid Hüseyn Tağıyevin anım mərasimi keçirilib