Bakı metrosunda qatar intervalı azaldılır!
Bakı metropolitenində qatarların hərəkət intervalının azaldılması istiqamətində təhlillər aparılır və mümkün tədbirlərin görülməsi imkanları araşdırılır. Bu barədə “Bakı Metropoliteni” QSC-dən məlumat verilib.
Minval.info xəbər verir ki, sərnişin axını və tələbatı diqqət mərkəzində saxlanılaraq, Yaşıl və Qırmızı xətlərin müstəqil fəaliyyət sahələrində gur saatlarda hərəkət intervalı 3 dəqiqə 30 saniyə təşkil edib. Xətlərin ayrılması layihəsi çərçivəsində 200 metrə yaxın tunelin inşası ilə əlaqədar hər bir xətt üzrə müstəqil hərəkət qrafiki tərtib edilib. Nəticədə, Yaşıl xətt üzrə interval 3 dəqiqə 30 saniyə saxlanılıb, Qırmızı xətdə isə 1 dəqiqə azaldılaraq 2 dəqiqə 30 saniyəyə endirilib.
Qırmızı xətt üzrə müvafiq gücləndirmə və optimallaşdırma tədbirləri görülüb, əlavə maşinistlər ayrılmaqla qatarların “İçərişəhər” stansiyasını daha operativ tərk etməsi təmin edilib. “28 May-Nizami” stansiyaları arasında hərəkətin dayandırılması isə metroda sərnişin sayının azalmasına səbəb olub. Bu, sərnişinlərin bir qisminin məhz xətdən-xəttə keçid üçün həmin istiqamətdən istifadə etməsi ilə əlaqədardır.
Bu səbəbdən yerüstü ictimai nəqliyyata tələbatın artması nəzərə alınaraq, daşımaların sərnişin tələbatına uyğun təşkili və sərnişinlərin düzgün yönləndirilməsi məqsədilə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) ilə sıx əlaqəli fəaliyyət həyata keçirilir.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Xocavəndin iki kəndində qazlaşdırma işlərinə start verilib
Məktəb mədrəsə deyil, öz qaydaları var
İlqar Fəhmi məktəbli forması qərarını dəstəkləyir: Zərurət var
Əməkdar jurnalist Məhəbbət Mirzəyeva vəfat etdi
Məktəbdə qalmaqal: yüksək bal toplayan müəllim niyə kənarda qaldı?
Yasamalda şəhid Hüseyn Tağıyevin anım mərasimi keçirilib