Bakı metrosunda M7 ekspres marşrutu işə düşür
Metro xətlərinin ayrılması ilə əlaqədar sərnişinlərin ictimai nəqliyyata əlçatanlığının artırılması məqsədilə yeni ekspres marşrut xətti təşkil edilir. Bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən məlumat verilib. Bildirilib ki, metronun ’20 Yanvar’ stansiyasından ‘Qara Qarayev’, ‘Neftçilər’, ‘Xalqlar Dostluğu’, ‘Əhmədli’ və ‘Həzi Aslanov’ stansiyaları istiqamətində artan sərnişin tələbatının qarşılanması üçün sentyabrın 6-dan M7 nömrəli ekspres marşrutu fəaliyyətə başlayacaq.
Minval.info xəbər verir ki, avtobusların ’20 Yanvar’ metrostansiyasındakı dayanacağı Rövşən Cəfərov küçəsi, ‘Velotrek’ adlanan ərazinin qarşısı, ‘Həzi Aslanov’ metrostansiyasında isə Məhəmməd Hadi küçəsi, metronun qarşısı təyin edilib. Avtobusların hərəkəti metronun iş rejiminə uyğunlaşdırılaraq saat 06:00-dan 00:00-dək təşkil ediləcək.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Məktəb bufetlərində təhlükəsizlik: AQTA-dan xəbərdarlıq
Bakıda IRONMAN yarışı üçün yollar bağlanır
Qərb mediasının Azərbaycana qarşı qərəzli kampaniyası
Renat Dadaşov Ukraynanın 'Bukovina' klubunda!
Bakıda göz rəngi əməliyyatı görməni zəiflətdi
Bakıda arıçılıq məhsullarının yarmarkası başlayır
Gənclik Mall önündə tıxacın gizli səbəbi açıqlandı