Bakı metrosunda həyəcan: Qatarlar tuneldə qaldı

“Bakı Metropoliteni”ndə qatarların hərəkət cədvəlində problem yaranıb.
Sərnişinlərdən birinin verdiyi məlumata görə, bu gün saat 18:49 radələrində metronun “Əhmədli” stansiyası istiqamətində hərəkət edən qatar tuneldə qalıb, 8 dəqiqəyə ünvana çatıb. Daha sonra çox aşağı sürətlə “Həzi Aslanov” stansiyasına çatıb.
Eyni problem “Xalqlar dostluğu” stansiyasında da baş verib. Belə ki, “Xalqlar dostluğu”ndan “Həzi Aslanova” hərəkət edən qatar ünvana 15 dəqiqəyə çatıb.
“Bakı Metropoliteni” QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar məmmədov “Qafqazinfo”ya açıqlamasında faktı təsdiqləyib.
Onun sözlərinə görə, “Həzi Aslanov” stansiyasında yolayırıcında texniki nasazlıq yaranıb: “Bu səbəbdən qatarların hərəkət intervalında 5 dəqiqə fasilə yaranıb. Hazırda problemin həlli istiqamətində iş görülür”.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
U-21 millisinin heyətində sürpriz ad: Axundzadə!
Azərbaycanlı dizayner Çində qızıl medal qazandı
AZAL Mərkəzi Asiya və MDB-nin ən yaxşısı seçildi
Professor Nadir Məmmədli: Türkoloji elmin öncüsü
Dağlıq rayonlarda leysan və dolu təhlükəsi!
Azərbaycan XİN-dən Kitts və Nevisə təbrik mesajı
Bakıda 5 avtobusun marşrutu dəyişdirildi!