Bakı metrosunda 4 stansiya üçün yeni marşrutlar
Bakı metrosunda yeni hərəkət sxemi və ekspres marşrutlar sərnişinlərə daha rahat nəqliyyat imkanları təqdim edir. Sentyabrın 15-dən etibarən paytaxtda nəqliyyat məsələləri yenidən gündəmə gələcək. Yeni tədris ilinin başlaması ilə əlaqədar olaraq, Bakı yollarında avtomobil və sərnişin sıxlığının artacağı gözlənilir. Bu səbəbdən metroda tətbiq olunan yeni hərəkət sxeminin yerüstü nəqliyyata əlavə yük yaradacağı ehtimal edilir.
Minval.info xəbər verir ki, Bakı metropolitenində xətlərin ayrılması layihəsinə başlanıldığı üçün alternativ daşımaların təmin edilməsi məqsədilə 6 ekspres marşrut təşkil edilib. Bu marşrutlar sərnişinlərin istifadəsinə verilib və avtobusların iş qrafiki metro ilə sinxronlaşdırılıb. Marşrutlar saat 06:00-dan 00:00-dək fəaliyyət göstərir.
Ekspres marşrutlar aşağıdakı istiqamətlərdə fəaliyyət göstərir: M1 – “Elmlər Akademiyası” və “28 May” stansiyaları arasında, M2 – “İnşaatçılar”, “Nizami” və “28 May” stansiyaları arasında, M3 – “20 Yanvar”, “Nizami” və “28 May” stansiyaları arasında, M4 – “20 Yanvar” və “Koroğlu” stansiyaları arasında, M5 – “20 Yanvar” və “Gənclik” stansiyaları arasında, M6 – “Elmlər Akademiyası”, “Nizami”, “Gənclik” və “Koroğlu” stansiyaları arasında.
Bu şaxələndirilmiş şəbəkə sayəsində sərnişinlərə tələbata uyğun olaraq alternativlər təqdim edilir. Vətəndaşlara səfərlərini planlayan zaman ekspres marşrutların imkanlarını düzgün qiymətləndirməyi və istiqamətlərini nəzərə almağı tövsiyə olunur. Sərnişinlər marşrutlar barədə məlumatı “AYNA MaaS” tətbiqi vasitəsilə də əldə edə bilərlər.
Qeyd edək ki, 28 müntəzəm marşrut üzrə avtobusların sayı artırılıb və bununla da avtobuslararası interval azalıb, əlçatanlıq artıb. Ümumilikdə gücləndirilmiş 34 marşrut xəttinə 140-dan çox əlavə avtobus cəlb olunub. Təkcə ekspres marşrut xətlərində gündəlik olaraq 95 nəqliyyat vasitəsilə 68 000-ə yaxın sərnişin daşınır. Dəstəkləyici tədbirlər çərçivəsində xətlərə əlavə edilən avtobuslarla gün ərzində 475 000 sərnişinə xidmət göstərilir. Monitorinq Mərkəzi vasitəsilə avtobusların hərəkətinə real vaxt rejimində nəzarət olunur və sərnişin axını təhlil edilir. Tələbat nəzərə alınaraq operativ şəkildə avtobusların sayı tənzimlənir və xəttə əlavə avtobuslar buraxılır. 4 metro stansiyasının qarşısında vətəndaşlara dəstək məqsədilə nəqliyyat könüllüləri də cəlb olunub.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Minimum əməkhaqqı 660 manata yüksəlir?
Heydər Əliyev Mərkəzi Özbəkistan bayrağı ilə işıqlandı
Bakıda 46 küçə yeniləndi: Təmir davam edir!
Yasamalda qurumuş ağac təhlükə saçır
Azərbaycan və Çin Xəzərdə enerji əməkdaşlığını gücləndirir
Bağçada psixotrop maddə: Komitə araşdırma tələb edir
Bakı yollarında yenidən sıxlıq: Hansı küçələrdə?