Bakı metrosu "Sabah" oyunu üçün gecə işləyəcək
Bu axşam saat 20:45-də “Sabah” futbol klubu UEFA Çempionlar Liqasının pley-off mərhələsində İsrailin “Hapoel” (Beer-Şeva) komandası ilə qarşılaşacaq. Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək bu mühüm oyunla əlaqədar Bakı Metropoliteninin iş rejimində dəyişikliklər ediləcək.
Minval.info xəbər verir ki, “Bakı Metropoliteni” QSC-nin yaydığı məlumata görə, əgər matç penaltilər seriyasına qədər uzanarsa, metro stansiyaları gecə saat 01:00-a qədər sərnişinlərin istifadəsinə açıq olacaq.
Bundan əlavə, “Gənclik” stansiyası gücləndirilmiş iş rejimində fəaliyyət göstərəcək, ehtiyat qatarlar xəttə buraxılmaq üçün hazır vəziyyətdə saxlanılacaq və növbətçilik əsasında əlavə işçi qüvvəsi təmin ediləcək. “Nərimanov” və “28 May” stansiyalarında da əlavə tədbirlər görüləcək. Gün ərzində qatarların hərəkəti mövcud qrafikə uyğun davam etdiriləcək.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Xocavəndin iki kəndində qazlaşdırma işlərinə start verilib
Məktəb mədrəsə deyil, öz qaydaları var
İlqar Fəhmi məktəbli forması qərarını dəstəkləyir: Zərurət var
Əməkdar jurnalist Məhəbbət Mirzəyeva vəfat etdi
Məktəbdə qalmaqal: yüksək bal toplayan müəllim niyə kənarda qaldı?
Yasamalda şəhid Hüseyn Tağıyevin anım mərasimi keçirilib