Bakı metrosu işçi axtarır
“Bakı Metropoliteni” QSC özünün sağlamlıq mərkəzinə həkim və tibb bacısı vəzifələri üzrə işə qəbul elan edib.
QSC-dən “Minval.info”ya verilən məlumata görə, namizədlərə qarşı müvafiq olaraq ali və orta ixtisas təhsili, idarəedicilik qabiliyyəti, məsuliyyətli yanaşma, komandada işləmə bacarığı, Azərbaycan dilini mükəmməl bilmək, kompyuter bilikləri kimi tələblər qoyulub.
Vəzifə öhdəlikləi metropoliten əməkdaşlarına ilk tibbi yardım göstərmək və maşinistləri reysqabağı tibbi müayinədən keçirməkdir. İş rejimi saat 09:00-dan saat 17:00-a qədərdir.
İddiaçılar “Bakı Metropoliteni”nin internet səhifəsinin “Karyera və əməkdaşlıq” bölməsinə daxil olub “Bizdə iş” yarımbölməsində elektron müraciət formasını doldurmalıdırlar.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Media və Yayım Şurası və Səhiyyə Nazirliyi birgə açıqlama yayıb
VACİBİlham Əliyevin Pezeşkianla görüşü keçirildi
Hərbi vəzifəlilərin nəzərinə: qaydalar dəyişdi
Azərbaycanda son 10 ilin ən isti yay fəsli yaşanıb
Cəbrayıla köçən sakinlərin məşğulluğu təmin edilir
Bu il neçə uşaq himayədar ailəyə və övladlığa verilib?
VACİBPrezident YAP-ın VIII Qurultayında - FOTO