“Bakı Hərbi Məhkəməsi düz etmir” - Ali Məhkəmənin sədri
Ali Məhkəmənin sədri Ramiz Rzayev Bakı Hərbi Məhkəməsini tənqid edib.
“Qafqazinfo” xəbər verir ki, buna səbəb isə jurnalistlərin heç bir məhkəmə prosesinə buraxılmamasıdır:
“Açıq məhkəmə iclaslarını jurnalistlər sərbəst şəkildə izləyib baxa bilər. Bakı Hərbi Məhkəməsi jurnalistləri belə proseslərə buraxmırsa, düz etmirlər. Mən bununla bağlı həmin məhkəmə sədrləri ilə danışaram”.
R. Rzayev, həmçinin qeyd edib ki, ötən il prokurorluq tərəfindən verilən protestlərin cəmi 35 faizi təmin edilib:
“Belə bir fikir yaranıb ki, prokuror nə desə, məhkəmə də onu deyir. Bu, çox səhv fikirdir. Bəlkə sovet dövründə belə olub, amma indi belə deyil. Ötən il prokurorluq tərəfindən verilən protestlərin cəmi 35 faizi təmin edilib. Bunun da olması normaldır, çünki hakimlər də səhv edə bilir”.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Bu il 90-a yaxın kəndə qaz çəkiləcək - SİYAHI
Azərbaycanda daha bir vəzifəli şəxs həbs olundu - FOTO
Maqnit qasırğasının səviyyəsi açıqlandı
Bu il 5 rayonda “ASAN xidmət” mərkəzi istifadəyə veriləcək
Bakı DYP-nin rəisi vəzifəsindən azad olunub