Bakı dairəvi yolunun çökəklikləri: Sürücülərin kabusu bitmir!
Bakı Dairəvi yolunun “İpək yolu” kimi tanınan hissəsindəki çökəkliklər sürücülərin narahatlığına səbəb olub. Bu problem aylardır həllini tapmır və avtomobillərə ciddi ziyan vurur.
Minval.info xəbər verir ki, şikayətçilər Dairəvi yoldan Salyan şossesi istiqamətinə birləşən köməkçi yolun yaxınlığında yerləşən əsas hərəkət hissəsindəki iri çökəkliklərin 5-6 aydır təmirsiz qaldığını bildirirlər.
Sürücülərin sözlərinə görə, bu çökəkliklər avtomobillərin alt hissəsinin asfalt örtüyünə dəyməsinə səbəb olur və xüsusilə minik avtomobilləri üçün təhlükə yaradır. Bu vəziyyət nəqliyyat vasitələrinə ciddi ziyan vurur.
Qeyd edək ki, bir müddət əvvəl həmin ərazidə təmir işləri aparılsa da, bu işlər yalnız köməkçi yolda həyata keçirilib.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Xocavəndin iki kəndində qazlaşdırma işlərinə start verilib
Məktəb mədrəsə deyil, öz qaydaları var
İlqar Fəhmi məktəbli forması qərarını dəstəkləyir: Zərurət var
Əməkdar jurnalist Məhəbbət Mirzəyeva vəfat etdi
Məktəbdə qalmaqal: yüksək bal toplayan müəllim niyə kənarda qaldı?
Yasamalda şəhid Hüseyn Tağıyevin anım mərasimi keçirilib