“Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” açıq müsabiqə elan edir

“Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” Qapalı Səhmdar Cəmiyyəti informasiya resurslarının yerləşdirilməsi üçün 4 ay müddətində məlumatların emal mərkəzinin (server infrastrukturu) icarəsi üzrə xidmətlərin satın alınması ilə bağlı açıq müsabiqə elan edir.
Qurumdan Trend-ə verilən məlumata görə, müsabiqədə iştirak etmək üçün tələb olunan sənədləri (açıq müsabiqə şərtləri) (qiymət təklifi istisna olmaqla) 15 fevral 2019-cu il saat 17.00-dək, qiymət təklifi isə möhürlənmiş zərfdə 20 fevral 2019-cu il saat 17.00-dək “Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” QSC-yə (ünvan: Bakı şəhəri, Ü.Hacıbəyov küçəsi, 72) təqdim etməlidirlər.
Göstərilən vaxtdan gec təqdim olunmuş zərflər açılmadan geri qaytarılacaq. Zərflərin açılışı 21 fevral 2019-cu il saat 17:00-da yuxarıda qeyd olunan ünvanda açılacaq.
Müsabiqədə iştirak etmək istəyənlər Azərbaycan dilində tərtib olunmuş açıq müsabiqə şərtlərini Bakı şəhəri, Ü.Hacıbəyov küçəsi, 140 ünvandan ala bilərlər:
Əlaqə telefonları: 498-91-84; 599-00-03 (1401).
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Avtomobillərin cərimə olunması ilə bağlı mühüm yenilik
Hüquqi islahatlar: hakimlər rahat nəfəs alacaqlar - RƏY
Ramil Usubovdan yeni rəis təyinatı
Azərbaycanda son sutkada vaksinasiya olunanların sayı açıqlandı - FOTO
Nazirlikdən isti hava ilə bağlı XƏBƏRDARLIQ
Orta məktəblərdə vakant yerlərə seçim başlayır
Koronavirusun hazırkı dalğasının nə zaman zəifləyəcəyi açıqlandı