Bakı-Balakən sərnişin qatarı yük maşını ilə toqquşdu

Qax rayonunda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Minval.İnfo“Report”a istinadən xəbər verir ki, hadisə səhər saatlarında Yevlax-Balakən dəmir yol xəttinin Qax rayonunun Kötüklü kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.
Belə ki, Bakı-Balakən xətti ilə hərəkətdə olan sərnişin qatarı Kötüklü stansiyası yaxınlığında dəmir yol xəttini keçən, 1958-ci il təvəllüdlü Ramazan İsmayıl oğlu Hacıyevin idarə etdiyi “KamAZ” markalı yük maşınını vurub. Hadisə nəticəsində R.İsmayılov müxtəlif dərəcəli bədən xəsarətləri alıb. O, Qax Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.
Qəzadan sonra yük maşını ərazidən aparılıb və sərnişin qatarı marşut üzrə hərəkətini bərpa edib.
Xəstəxanadan bildirlib ki, R.Hacıyevin müalicəsi Cərrahiyə şöbəsində aparılır. Onun vəziyyəti orta-ağır qiymətləndirlir.
Faktla bağlı araşdırma aparılır.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
"Kişilər ailə başçısı deyil, qadınlar isə..." - Ayaz Salayev (Video)
Azərbaycanda kişi keçmiş arvadının kriminal avtoritet qohumları ilə dalaşdı
Sabah 17 dərəcə isti olacaq
Təranə Səmədova Ali Məhkəməyə müraciət edib
"Bütün çimərliklərə giriş pulsuzdur" - BŞİH