Bakı bağçaları dəhşətli görkəmdə – FOTOLAR
Anbarda bir neçə gəmiricilərin yuvası aşkarlanıb.
Bakı şəhərində bir neçə məktəbəqədər tərbiyə müəssisəsində yoxlamalar aparılıb və ciddi nöqsanlar aşkarlanıb.
Bakı şəhərində bir neçə məktəbəqədər tərbiyə müəssisəsində qidalanmanın dövlət standartına uyğunluğu araşdırılıb. Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsindən minval.info-ya verilən məlumata görə, Texniki Tənzimləmə və Standartlaşdırma üzrə Dövlət Nəzarəti Xidməti tərəfindən Bakı şəhərində bir neçə məktəbəqədər tərbiyə müəssisəsində yoxlamalar aparılıb və ciddi nöqsanlar aşkarlanıb.
Nizami rayonu, Keşlə qəsəbəsi, 1-ci köndələn küçəsi 4a ünvanında yerləşən 309 nömrəli, Səbail rayonu, Xanlar küçəsi 32 ünvanında yerləşən 157 nömrəli, Binəqədi rayonu, Atatürk prospekti 37 ünvanında yerləşən 215 nömrəli körpələr evi-uşaq bağçasında aparılan araşdırmalar nəticəsində bağçalarda AZS 747-2013 “Təhsil müəssisələrində təhsil və tərbiyə alanların qidalanması üzrə dövlət standartı”nın tələbləri pozularaq, müvafiq qaydada təsdiq olunmuş menyunun mövcud olmadığı aşkarlanıb.
Həmçinin yeməklərin texnoloji normalar və resepturalar olmadan, sanitariya və gigiyena qaydalarına əməl olunmadan hazırlandığı müəyyən olunub. Bundan başqa, müəssisələrdə dövlət standartında nəzərdə tutulan istehsalat sahələri, ərzaq xammalı və qida məhsullarının brakeraj jurnalı mövcud deyil. Verilməsi nəzərdə tutulan yeməklərin ekspertizası məqsədilə nümunələr götürülüb.
Xətai rayonu, M.Hadi 62 ünvanında yerləşən 55 saylı körpələr evi-uşaq bağçasında keçirilən dövlət nəzarəti nəticəsində də AZS 747-2013 dövlət standartının tələblərinə riayət olunmadığı məlum olub.
Belə ki, müəssisənin anbarında və soyuducularda ərzaq məhsulları mal qonşuluğu qaydalarına və temperatur rejiminə düzgün əməl olunmadan saxlanılır, o cümlədən anbarda bir neçə gəmiricilərin yuvasının olduğu aşkarlanıb.
Eyni zamanda markalanma nişanı olmayan un kisəsinin içərisində unun zərərvericilərə yoluxması, kiçik mətbəxdə vaxtı keçmiş süd məhsulunun olduğu aşkar edilib. Bundan başqa müəssisənin tibb işçisinin verilən yeməklərin kalorilik, zülal, yağ və karbohidratlarının miqdarını hesablamadığı, yeməklərdən nümunə götürülmədən uşaqlara verildiyi müşahidə edilib.
Müəssisədə aşkarlanan yararsız halda olan məhsullar aktlaşdırılıb, müəssisə rəhbərlərinə tələbnamə və iradnamə verilib.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Bu marşrutlarda gediş haqqı aşağı salındı - RƏSMİ
Akif Çovdarovdan şikayətçi olan biznesmen həbs edildi - FOTO
DTX Neftçala Rayon İcra Hakimiyyətində əməliyyat keçirib, saxlanılanlar var
Eldar Mahmudovun əmisi oğlunun məhkəməsində uzun fasilənin sirri
Konstitusiya Məhkəməsi Ali Məhkəmənin qərarını ləğv etdi
İlham Əliyev generala vəzifə verdi