Bağırsaq xərçəngi gəncləşir: Həkimlər narahatdır!
Azərbaycanda bağırsaq xərçəngi ilə mübarizədə əsas problemlərdən biri gec diaqnoz qoyulmasıdır. Bunun səbəbləri arasında maarifləndirmənin kifayət qədər olmaması, insanların ilkin simptomları ciddiyə almaması və həkimə gec müraciət etməsi yer alır.
Minval.info xəbər verir ki, son illərdə dünyada bağırsaq (kolorektal) xərçənginin daha gənc yaşlarda aşkarlanması həkimləri və alimləri narahat edir. Əvvəllər bu xəstəlik əsasən 50 yaşdan yuxarı insanlarda müşahidə olunurdusa, indi 20-40 yaş arası şəxslərdə daha çox rast gəlinir.
Augusta Universitetinin tədqiqatçıları tərəfindən hazırlanan hesabatda bağırsaq xərçənginin artıq yaşlı nəslin xəstəliyi olmaqdan çıxdığı qeyd edilir. Dünyada 50 yaşdan aşağı insanlarda bu diaqnozun qoyulma tezliyi artmaqdadır və bu, qlobal səhiyyə sistemlərindən erkən skrininq proqramlarını yeniləməyi tələb edir.
Azərbaycanda da bağırsaq xərçənginin gəncləşməsi müşahidə olunur. “Liv Bona Dea” xəstəxanasının Onkologiya şöbəsinin müdiri Altay Əliyev bildirir ki, dünyada kolorektal xərçəng görülmə tezliyinə görə üçüncü, xərçənglə bağlı ölüm hallarına görə isə ikinci yerdədir. Azərbaycanda isə bu xəstəlik görülmə tezliyinə görə dördüncü, ölüm səbəbi kimi isə üçüncü yerdədir. Gənc yaşda aşkarlanan kolon xərçəngi hallarının ümumi kolon xərçəngi xəstələri arasında payı təxminən 10 faiz təşkil edir.
Onkoloq Altay Əliyev qeyd edir ki, qidalanma vərdişlərindəki dəyişikliklər, süni və yarıemal olunmuş qidaların istifadəsinin artması, süd və lif tərkibli məhsulların istehlakının azalması xəstəliyin gəncləşməsinə səbəb olur. Genetik və bioloji mexanizmlər baxımından bəzi irsi sindromların, o cümlədən “Lynch” sindromunun daha çox rast gəlinməsi də diqqət çəkir. Eyni zamanda, artıq çəki və şəkərli diabet halları da bağırsaq mikrobiotasına təsir edərək xəstəliyin yaranmasına zəmin yaradır.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Çin heyətinin olduğu gəmi Benqal körfəzində batdı
Ağstafada TikTok çəkilişi faciə ilə bitdi
İsmayıllıda göldə bacı-qardaş faciəsi: Axtarışlar davam edir
Xırdalanda sakinlərdən qanunsuz yolbənd narazılığı
Avtomobil tarixçəsi niyə gizli saxlanılır?
Bakıda minifutbolçu Qiyas Babayev vəfat etdi
Xalq artistini vuran sürücü müəyyənləşdi