06.08.2026 - 10:51
Ölkə 61 baxış

Bağçalar BŞTİ-yə təhvil verildi: Valideynlər üçün yeni qaydalar nələrdir?

Bakı Şəhəri üzrə Təhsil İdarəsi (BŞTİ) Daxili İşlər Nazirliyinin tabeliyində olan üç məktəbəqədər təhsil müəssisəsini öz nəzarətinə götürüb. Bu bağçalar Nəsimi rayonunda yerləşən 355 və 357 nömrəli, Səbail rayonundakı isə 356 nömrəli körpələr evi-uşaq bağçalarıdır.

Minval.info xəbər verir ki, bu dəyişikliklə əlaqədar olaraq, məktəbəqədər təhsil müəssisələrinə növbəyə yazılma prosesi müvəqqəti olaraq dayandırılıb. Lakin, bağçalarda qrupların komplektləşdirilməsi üçün qeydiyyat prosesi bq.edu.az elektron platforması vasitəsilə davam etdirilir. Valideynlər bu sistem üzərindən müraciət edə bilərlər.

Qeyd edək ki, məktəbəqədər təhsil müəssisələrinin şəbəkəsinin genişləndirilməsi, infrastrukturun yenilənməsi və təlim-tərbiyə şəraitinin yaxşılaşdırılması istiqamətində ardıcıl tədbirlər həyata keçirilir. Eyni zamanda, təhsil xidmətlərinin keyfiyyətinin artırılması və müəssisələrdə çalışan heyətin peşəkarlığının yüksəldilməsi əsas prioritetlərdəndir.

Bu xəbəri paylaş:
Link yaddaşa kopyalandı!

Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!

Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun: