Bağçada psixotrop maddə: Komitə araşdırma tələb edir
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi Bakının Yasamal rayonunda yerləşən 98 saylı uşaq bağçasında təhsil alan uşağın qanında psixotrop maddə aşkarlanması iddiası ilə əlaqədar Daxili İşlər Nazirliyinə və Baş Prokurorluğa rəsmi müraciət edib.
Minval.info xəbər verir ki, azyaşlının səhhətində və davranışında mənfi dəyişikliklərin müşahidə edilməsi, habelə tibbi müayinələr zamanı orqanizmində sağlamlığa zərərli maddələrin aşkarlanması ilə bağlı yayılan məlumatlar dərhal nəzarətə götürülüb. Azyaşlının valideynləri Dövlət Komitəsinə dəvət olunaraq, məsələ ilə bağlı ətraflı məlumat alınıb.
Faktın obyektiv və hərtərəfli araşdırılması, eləcə də azyaşlının hüquq və mənafelərinin qorunması məqsədilə Dövlət Komitəsi tərəfindən aidiyyəti dövlət qurumlarına rəsmi müraciətlər ünvanlanıb. Hazırda müvafiq dövlət qurumları tərəfindən zəruri tədbirlər davam etdirilir və araşdırmanın nəticələrinə əsasən qanunvericiliyə uyğun tədbirlər görüləcək.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Xocavəndin iki kəndində qazlaşdırma işlərinə start verilib
Məktəb mədrəsə deyil, öz qaydaları var
İlqar Fəhmi məktəbli forması qərarını dəstəkləyir: Zərurət var
Əməkdar jurnalist Məhəbbət Mirzəyeva vəfat etdi
Məktəbdə qalmaqal: yüksək bal toplayan müəllim niyə kənarda qaldı?
Yasamalda şəhid Hüseyn Tağıyevin anım mərasimi keçirilib