BDYPİ rəsmisi: Skuter sürücüləri qaydalara əməl etməlidir
Baku.ws-ın məlumatına görə, Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ) skuter və velosiped sürücülərinin yol hərəkəti qaydalarına riayət etmələrinə nəzarəti gücləndirib. Bu barədə BDYPİ-nin İctimai qurumlarla əlaqələr bölməsinin rəisi, polis kapitanı Elvin Hacıyev açıqlama verib.
Elvin Hacıyev bildirib ki, son dövrlərdə paytaxt yollarında skuterlərin istifadəsi artıb. Lakin bəzi skuter sürücüləri yanlış olaraq düşünür ki, yol hərəkəti qaydaları onlara aid deyil. Halbuki, skuterlər də digər nəqliyyat vasitələri kimi yol hərəkəti qaydalarına əməl etməlidir.
BDYPİ rəsmisi vurğulayıb ki, bir müddət əvvəl moped sürücüləri arasında svetofora məhəl qoymayan və yolun əks istiqamətində hərəkət edənlər çox idi. Lakin mopedlər dövlət qeydiyyat nişanları ilə təchiz edildikdən sonra yol-nəqliyyat hadisələrinin sayı azalıb.
ƏLAQƏLİ
Badamdarda sürüşmə zonasında evlər üçün kompensasiya necə ödəniləcək?
Skuter sürücülərinin qayda pozuntuları zamanı Dövlət Yol Polisi əməkdaşları tərəfindən saxlanıldığı və inzibati tədbirlər görüldüyü bildirilir. Paytaxtda yol polisi əməkdaşları skuter sürücüləri ilə maarifləndirici söhbətlər aparır və hərəkətləri xüsusi vasitələrlə nəzarətdə saxlanılır.
E. Hacıyev əlavə edib ki, bəzi hallarda azyaşlılar valideynlərindən xəbərsiz skuterdən istifadə edirlər. Bu hallarda valideynlər dəvət olunaraq profilaktik söhbətlər keçirilir.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Badamdarda sürüşmə zonasında evlər üçün kompensasiya necə ödəniləcək?
İkinci Dünya müharibəsinin son iştirakçısı Cəlilabadda vəfat etdi
Horadiz–Ağbənd dəmir yolu xətti sürətlə inşa edilir
Sabah hava necə olacaq? - Proqnoz
Sabahın hava proqnozu açıqlandı
Azərbaycan Tibb Universitetində Adilə Namazovanın 100 illiyi qeyd edildi
Qəbələdə Yengicə su anbarının tikintisi davam etdirilir