Badamdarda qonşular arasında sərhəd mübahisəsi alovlanır
Səbail rayonunun Badamdar qəsəbəsində yerləşən Dostluq küçəsi, 86 ünvanında yaşayan sakin qonşusunu yol zəbt etməkdə və evinin divarına qanunsuz müdaxilə etməkdə ittiham edir. Sakin bu barədə dəfələrlə aidiyyəti qurumlara müraciət etsə də, problemin həll olunmadığını bildirir. Şikayətçi məsələ ilə bağlı məhkəməyə də müraciət edib, lakin iddiası təmin edilməyib.
Minval.info xəbər verir ki, şikayətçi ərazinin onun evinin sərhədinə daxil olduğunu, divarın isə ona məxsus olduğunu iddia edir. O, divarında aparılan söküntü işlərinə icazə vermədiyini qeyd edib. Qarşı tərəf isə bu iddiaları əsassız hesab edir və şikayətçinin onları şantaj etdiyini bildirir. Səbail Rayon Məhkəməsi və Bakı Apellyasiya Məhkəməsi tərəfindən məsələ ilə bağlı müvafiq qərarlar qəbul edilib.
Səbail Rayon İcra Hakimiyyəti məsələni araşdırmaq üçün müvafiq tapşırıqlar verib. Araşdırma zamanı ünvana yerində baxış keçirilib və hər hansı torpaq zəbtinin və ya keçid meydançasının qanunsuz bağlanması faktı aşkar edilməyib. İcra hakimiyyəti bildirib ki, ünvan nəzarətə götürülüb.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Xocavəndin iki kəndində qazlaşdırma işlərinə start verilib
Məktəb mədrəsə deyil, öz qaydaları var
İlqar Fəhmi məktəbli forması qərarını dəstəkləyir: Zərurət var
Əməkdar jurnalist Məhəbbət Mirzəyeva vəfat etdi
Məktəbdə qalmaqal: yüksək bal toplayan müəllim niyə kənarda qaldı?
Yasamalda şəhid Hüseyn Tağıyevin anım mərasimi keçirilib