Badamdar sakinləri səs-küydən əziyyət çəkir!
Avropa Azərbaycan Məktəbinin havalandırma və soyutma sisteminin yaratdığı səs-küy Badamdar qəsəbəsində yaşayan sakinlərin narazılığına səbəb olub. Sakinlər bildirirlər ki, gecə və səhər saatlarında fasiləsiz işləyən bu sistemdən yüksək səslər gəlir və bu, onların rahatlığını pozur.
Minval.info xəbər verir ki, sakinlər üç ildir bu problemlə bağlı məktəb rəhbərliyinə və aidiyyəti qurumlara müraciət etsələr də, indiyədək heç bir tədbir görülməyib. Sakinlərdən biri, “Səhərə qədər yatmaq mümkün deyil. Bu səsə görə yata bilmirik. Nə edək? Buradan köçək? Bu evi almışıq. Bu gecə səhərə qədər oğlum yata bilməyib”, – deyə narazılığını ifadə edib.
Digər bir sakin isə altı ildir bu əziyyətlə yaşadığını və dəfələrlə məktəbə şikayət etdiyini bildirib. Lakin problem hələ də həll olunmayıb.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Xocavəndin iki kəndində qazlaşdırma işlərinə start verilib
Məktəb mədrəsə deyil, öz qaydaları var
İlqar Fəhmi məktəbli forması qərarını dəstəkləyir: Zərurət var
Əməkdar jurnalist Məhəbbət Mirzəyeva vəfat etdi
Məktəbdə qalmaqal: yüksək bal toplayan müəllim niyə kənarda qaldı?
Yasamalda şəhid Hüseyn Tağıyevin anım mərasimi keçirilib