Bəzi ömürlük məhbuslar da əfv olunacaqlar – Əfv Komissiyasının üzvündən AÇIQLAMA
“Azərbaycan Respublikasının Prezidenti yanında Əfv Məsələləri Komissiyası artıq bir iclası keçirib. Komissiyaya ümumilikdə 1000-ə yaxın müraciət daxil olub. Onların 100-nə dünən keçirilən iclasda baxılıb. Digər müraciətlərə də 2 ay ərzində baxılacaq”.
Minval.info xəbər verir ki, Bu sözləri Modern.az saytına açıqlamasında Əfv Məsələləri Komissiyasının üzvü, Milli Məclisin deputatı Elmira Axundova deyib.
Elmira Axundova bildirib ki, həftədə 1 və ya 2 dəfə Komissiyasının iclası keçiriləcək.
“Hələ ki, başqa kateqoriyadan olan cinayət törədən şəxslərin işinə baxılır. Ömürlük məhbuslarla bağlı məsələyə isə həmişə ən sonda baxılır. Həmişə ömürlük məhbuslar da əfv sərəncamından yararlanıblar. Bu dəfə də olacaq”.
Qeyd edək ki, bu il Novruz bayarmı öncəsi ölkə başçısının növbəti əfv sərəncamı imzalayacağı gözlənilir.
Minval.info
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Xocavəndin iki kəndində qazlaşdırma işlərinə start verilib
Məktəb mədrəsə deyil, öz qaydaları var
İlqar Fəhmi məktəbli forması qərarını dəstəkləyir: Zərurət var
Əməkdar jurnalist Məhəbbət Mirzəyeva vəfat etdi
Məktəbdə qalmaqal: yüksək bal toplayan müəllim niyə kənarda qaldı?
Yasamalda şəhid Hüseyn Tağıyevin anım mərasimi keçirilib