Bərdədə kürəkən qayınatasının evindən oğurluq edib
“Minval.İnfo” “Report”a istinadən xəbər verir ki, Qarabağ bürosunun verdiyi məlumata görə, ötən ilin dekabrında rayon sakini Vahid Xanməmmədov Bərdə Rayon Polis Şöbəsinə müraciət edərək evindən 5000 manat pulunun oğurlandığı barədə məlumat verib.
Faktla bağlı Rayon Polis Şöbəsində cinayət işi başlanılıb, əməliyyat-axtarış tədbirləri aparılıb. Aparılan əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən Bərdə rayon sakini Vüqar İbrahimov və Tərtər rayon sakini Vüqar Baxşəliyev saxlanılıb.
Rayon Polis Şöbəsinin İstintaq bölməsinin müstəntiqi Aqil Əliyevin verdiyi məlumata görə, istintaq-əməliyyat tədbirləri ilə onların digər cinayətinin də üstü açılıb. Belə ki, həmin şəxslərin cari ilin fevralında Bərdə rayon sakini Məzahir Cəfərovun evindən 22230 manat pul oğurladıqları müəyyən olunub. Dindirilmə zamanı hər iki şəxs törətdikləri cinayət əməlini etiraf edib.
Faktla bağlı Bərdə Rayon Polis Şöbəsində araşdırmalar davam etdirlir.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
İspaniyada güclü yağışlar ölümlə nəticələndi, dərslər təxirə salındı
Türkiyədə sel fəlakətində ölənlərin sayı artdı
Yol polisi dəmir yolu keçidlərində təhlükəsizlik üçün xəbərdarlıq etdi
Məktəbdə səsləndirilən şüarlar - kimlərə xidmət edirlər?
DİN: İctimai qaydanı pozan 37 nəfər həbs edilib
Məktəbli forması ilə bağlı qaydalara etiraz edən 37 nəfər həbs olundu
Ötən həftə 1240 hektara yaxın ərazi minalardan təmizlənib
