Bədən kirayəsi: Azərbaycanda surroqat anaların gizli dünyası
Müasir iqtisadiyyat insanlara müxtəlif əşyaları kirayə götürmə imkanı təqdim edir. Ev, avtomobil və hətta geyimlər belə kirayə verilə bilər. Son dövrlərdə isə bədənlərin kirayəsi diqqət mərkəzindədir.
Bu kirayə növü, xüsusilə ana olmaq üçün bədənini kirayə verən qadınlarla əlaqəlidir. Belə qadınlara “surroqat” və ya “daşıyıcı ana” deyilir. Minval.info xəbər verir ki, surroqat analıq iki əsas üsulla həyata keçirilir. Birinci üsulda qadının yumurtalıqları istifadə olunur və bu barədə elanlar sosial şəbəkələrdə yayılır. İkinci üsul isə birbaşa daşıyıcı analığı əhatə edir, burada qadın bədənini kirayə verir və bioloji əlaqəsi olmayan bir körpəni dünyaya gətirir.
Azərbaycanda surroqat analıq nə qadağandır, nə də qanuni tənzimlənir. Buna baxmayaraq, bu sahədə fəaliyyət göstərənlər var. Gürcüstan və Kipr kimi ölkələrdə isə bu proses qanunla tənzimlənir və həmin ölkələrdəki şirkətlər tərəfindən təşkil olunur.
Sosial şəbəkələrdə belə bir elana rast gəldim və jurnalist marağı ilə əlaqə saxladım. Gürcüstanda fəaliyyət göstərən “Reprolife” adlı bir təşkilatın nümayəndəsi ilə danışdım. Bu təşkilat, Gürcüstanda surroqat analıq xidmətlərini təşkil edən bir mərkəzdir. Gürcüstanda “Səhiyyə haqqında” Qanunun 143 və 144-cü maddələrinə əsasən, surroqat analıq rəsmi icazə ilə həyata keçirilir. Uşaq doğulduqdan sonra, daşıyıcı ananın valideynlik hüququ olmur və doğum şəhadətnaməsində bioloji valideynlərin adları qeyd edilir.
Prosesin Tbilisidəki “İnnova” klinikasında həyata keçiriləcəyi bildirildi. Bu klinika, hər ay yüzlərlə qadının bu xidmətdən istifadə edərək pulunu alıb ölkəsinə qayıtdığını qeyd edir. Yaşa görə dəyişən qonorarlar isə belədir: 20-30 yaş arası qadınlar 17,000 ABŞ dolları, 31-35 yaş arası 16,000 ABŞ dolları və 36-38 yaş arası 15,000 ABŞ dolları alır.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Xocavəndin iki kəndində qazlaşdırma işlərinə start verilib
Məktəb mədrəsə deyil, öz qaydaları var
İlqar Fəhmi məktəbli forması qərarını dəstəkləyir: Zərurət var
Əməkdar jurnalist Məhəbbət Mirzəyeva vəfat etdi
Məktəbdə qalmaqal: yüksək bal toplayan müəllim niyə kənarda qaldı?
Yasamalda şəhid Hüseyn Tağıyevin anım mərasimi keçirilib