16.09.2021 - 14:08
Ölkə 1 baxış

BƏƏ Azərbaycanın iş adamlarına müraciət edib

Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) Azərbaycanın iş adamlarını “Masdar City” Azad Zonasına investisiya qoymağa dəvət edib.

Bu barədə  BƏƏ-nin Azərbaycandakı səfirliyindən bildirilib.

Məlumata görə, “Masdar City” Azad Zonası Birləşmiş Ərəb Əmirlikləri hökumətinin Əbu-Dabidəki bizneslərin artan ambisiyalarını daha da dəstəkləmək və asanlaşdırmaq üçün atdığı addımlara uyğun olaraq yeni rəqabətqabiliyyətli biznes paketi seçimlərini təqdim edib:

“Yeni biznes lisenziyaları indi yalnız 1000 AED (1 BƏƏ dirhəmi AED = 0,4628 manat) ilə başlayır, yeni və mövcud icarəyə götürən şirkətlərə bizneslərinin xüsusi tələblərinə uyğunlaşma seçimləri ilə elastiklik təklif edir. Azad Zona, qadın sahibkarlar üçün ekslüziv biznes paketi də təqdim edir. Azərbaycanlı iş adamlarını bu fürsətdən istifadə edərək, Əbu-Dabidə öz bizneslərini qurmağa və bölgənin “Masdar City” innovativ davamlı texnologiyalar mərkəzinə qoşulmağa dəvət edir”.

Bu xəbəri paylaş:
Link yaddaşa kopyalandı!

Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!

Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun: