BƏƏ Azərbaycana tibbi yardım göndərib - FOTO - VİDEO
Birləşmiş Ərəb Əmirliyi COVID-19 infeksiyasının yayılmasının qarşısının alınması üzrə səyləri dəstəkləmək üçün Azərbaycana təyyarə ilə 11 metrik ton dərman göndərib.
Bu barədə “Report” “Emirates News Agensy”yə istinadən xəbər verir.
Agentlik qeyd edib ki, bu yardım koronavirusa qarşı mübarizə aparan təxminən 11 000 tibbi işçisinə kömək edəcək.
ƏLAQƏLİ
Təxribat cəhdlərinin heç bir nəticəsi olmayacaq – Partiya sədrindən sərt mövqe

Yardımın çatdırılmasını şərh edən BƏƏ-nin Azərbaycandakı səfiri Məhəmməd Əhməd Əlqubaisi iki ölkə arasındakı əlaqələrin bir çox sahələrdə əhəmiyyətli dərəcədə tərəqqi etdiyini bildirib. O, bu əlaqələrin möhkəmlənməsində iki ölkə rəhbərliyinin rolunu xüsusi qeyd edib.

Səfir əlavə edib ki, bu gün tibbi yardım üçün təyyarələrin göndərilməsi BƏƏ rəhbərliyinin müxtəlif ölkələrdə, xüsusən də dünyanın pandemiya ilə mübarizədə qarşı-qarşıya qaldığı çətinliklər fonunda dost ölkələrə dəstəkverici yanaşmasının sübutudur.
https://www.youtube.com/watch?v=11Iio6TR_lU&feature=emb_title
Humanitar yardımın Əbu-Dabi beynəlxalq hava limanında ölkəmizə yola salınması mərasimində səfir Mahir Əliyev, BMT-nin BƏƏ-dəki əlaqələndiricisi Dr. Dena Assaf, həmçinin BƏƏ Xarici İşlər və Beynəlxalq Əməkdaşlıq Nazirliyinin beynəlxalq humanitar yardım idarəsinin rəisi Raşed Məhəmməd Humeri, protokol idarəsinin rəis müavini və BƏƏ Səhiyyə Nazirliyinin nümayəndəsi iştirak ediblər.
BƏƏ bu günə qədər 67 ölkəyə 946 metrik tondan çox yardım göstərib.

Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
"Məni ən çox azyaşlı qızlarımızın taleyi düşündürür"
FHN yanğın təhlükəsizliyi mövzusunda kütləvi aksiya keçirdi
Bakıda jurnalist Nəcəf Nəcəfovun məzarı üzərindəki barelyef bərpa edilib
Kəlbəcərə qar, Yardımlıya dolu düşüb - faktiki hava
İtkin düşmüş şəxslərlə bağlı beynəlxalq konfrans iştirakçıları Xocalıda