BƏƏ 38 nəfər və 15 təşkilatı terrorçu siyahısına daxil edib

Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) hakimiyyəti ölkənin terrorçuları siyahısına 38 fiziki və 15 hüquqi şəxsi daxil edib.
Minval.info-nun məlumatına görə, bu barədə WAM informasiya agentliyi xəbər verib.
Məlumatda bildirilib: “BƏƏ Nazirlər Kabinetinin 2021-ci il tarixli 83 nömrəli qərarına əsasən, 38 fiziki və 15 hüquqi şəxsin terrorizmi dəstəkləyən şəxs və təşkilatların siyahısına daxil edilib”.
Qeyd olunub ki, BƏƏ, terrorizmi və əlaqəli fəaliyyətləri maliyyələşdirən şəbəkələri müəyyən etməyə və zərərsizləşdirməyə sadiqdir.
Xüsusilə, siyahıya Əfqanıstan, İraq, İran, Livan, Yəmən, İordaniya, Hindistan, Səudiyyə Ərəbistanı, Suriya, Nigeriya, Böyük Britaniya və Əmirliklərin vətəndaşları daxil edilib.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
“Putinə sui-qəsd olub” - Kəşfiyyat rəisindən açıqlama
Ərdoğan Putinlə Azərbaycana aid müzakirə etdiyi məsələləri açıqlayıb
Ərdoğandan iddia: Mursi ölməyib, öldürülüb
Əkrəm İmamoğlu sabah vəzifəsinin icrasına başlayacaq