Azyaşlı qızına vəhşicəsinə işgəncə verən ana HƏBS EDİLDİ
Bakının Suraxanı rayonunda azyaşlı övladına amansız işgəncə verməkdə ittiham olunan Fatimə Ramazanovanın barəsində həbs qətimkan tədbirinin seçilməsi ilə bağlı təqdimata baxılıb.
Minval.info Teleqraf-a istinadən xəbər verir ki, Suraxanı Rayon Məhkəməsində keçirilən prosesdə istintaq orqanının təqdimatı təmin olunub və Fatimə Ramazanovanın barəsində 3 ay müddətinə həbs qətimkan tədbiri seçilib.
Qeyd edək ki, 2002-ci il təvəllüdlü Fatimə Ramazanovanın 2021-ci il təvəllüdlü qızı Mələyə mütəmadi işgəncə verdiyi məlum olub.
ƏLAQƏLİ
Təxribat cəhdlərinin heç bir nəticəsi olmayacaq – Partiya sədrindən sərt mövqe
Hadisədən xəbər tutan polis əməkdaşları qadını saxlayıblar.
Faktla bağlı cinayət işi başlanıb.
Xatırladaq ki, sosial şəbəkələrdə bir neçə gün əvvəl azyaşlıya fiziki və psixoloji şiddət göstərilməsi ilə bağlı məlumat yayılıb.
Ana Fatimə Ramazanova çəkdiyi və uşağın bir ayağı üstə küncə qoyulduğu görüntüdə azyaşlını döydüyünü, onun bədənində salamat yer qalmadığını etiraf edib.
Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı yanında Uşaq hüquqlarının müdafiəsi üzrə Komissiyasının yaydığı məlumatda isə bildirilib ki, anasının işgəncə verdiyi azyaşlı onun əlindən alınıb, sığınacağa yerləşdirilib.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
"Məni ən çox azyaşlı qızlarımızın taleyi düşündürür"
FHN yanğın təhlükəsizliyi mövzusunda kütləvi aksiya keçirdi
Bakıda jurnalist Nəcəf Nəcəfovun məzarı üzərindəki barelyef bərpa edilib
Kəlbəcərə qar, Yardımlıya dolu düşüb - faktiki hava
İtkin düşmüş şəxslərlə bağlı beynəlxalq konfrans iştirakçıları Xocalıda