AzTV yenidən İngiltərə premyer liqasının yayım hüququnu aldı
Dünyanın bir nömrəli futbol çempionatı olan İngiltərə premyer-liqasının oyunlarını bu mövsüm də tamaşaçılar AZTV-dən izləyə biləcəklər. Qarşıdakı mövsümün oyunları yenə də “İdman Azərbaycan” kanalında canlı yayımlanacaq.
Bu barədə məlumatı kanalın direktor müavini Siyavuş Əliyev verib:
O bildirib ki, AZTV oyunlarının yayım hüququnu əldə edib:
“Bütün azarkeşlərə xoş xəbərimiz var. Məlum olduğu kimi İngiltərə premyer liqasının müqaviləsi ötən mövsümün sonunda başa çatmışdı. Uzun sürən danışıqlardan sonra yenidən bu oyunların yayım hüququna sahib çıxdıq. İngiltərə premyer liqası ölkə futbol çempionatları arasında qiymətini görə digərlərini üstələyir. Bu çempionatın oyunlarının yayım hüququnu əldə etmək elə də asan proses deyil. Nəzərinizə çatdıraq ki, qonşu Rusiyanın ən böyük federal kanalı olan Matç TV belə bu çempionatı yayımlaya bilməyəcək. Belə ki, orada oyunların hüququnu “RAMBLER.RU” əldə edib. Onlar da oyunları tamaşaçılara yalnız abunə xidmət haqqı ilə çatdırır. Eləcə də qonşu Türkiyədə İngiltərə premyer liqası özəl və ödənişli televiziya platformasında yayımlanır. Bütün bunları nəzərə alaraq Azərbaycanda bu liqanın oyunlarının açıq şəkildə yayımlanması tamaşaçılarımıza böyük töhfədir.
Əlavə olaraq qeyd edə bilərik ki, ötən illərlə müqayisədə bu dəfə yayımlanacaq oyunların sayı daha çox olacaq. Əldə edilən razılaşmaya əsasən , oyunlardan əlavə İngiltərə premyer liqasına aid xüsusi hazırlanmış jurnalların hamısı da tamaşaçılara çatdırılacaq”.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Media və Yayım Şurasının yeni üzvləri açıqlandı
Modern.az 17 ildir oxucularla birlikdə!
İTV 21 yaşını qeyd edir
Jurnalistlər haqqında yanlış xəbərlər etiraz doğurdu
Mais Ağayev bu tv-yə rəhbər təyin olundu
Space TV-də yeni yüksək vəzifə təyinatı