AzTV-nin yalanı ifşa olundu - AMEA-nın əməkdaşından FOTOFAKT
Azərbaycan Dövlət Televiziyasının AMEA-da 17:40 radələrində olması, 18:00-da isə işdən çıxan kimsəni görməməsi barədə tənqidi materiala AMEA-nın əməkdaşı, tanınmış alim Zaur Əliyev fotofaktlarla cavab verib.
Bakupost.az xəbər verir ki. Z.Əliyev müşahidə kameralarına əsasən işdən çıxdığı vaxtı əks etdirən görüntülərin saniyəsinə qədər paylaşıb:
“Şəkillərə baxın, AMEA haqqında verliş hazırlayan jurnalist iddia edir ki, guya 17:40-da AMEA-da olub və çəkilişi də bu zaman edib. Guya işçilər bu vaxt orda olmayıb. İndi əsl həqiqətləri sizlərə təqdim edirəm:

17:59-da mən çıxmışam AMEA-dan (fotoda 17:59-da Zaur Əliyevin Akademiya binasının önündə olduğu əks olunub – red.). TV işçiləri orda yox idi.
10 dəqiqə bağda gəzmişəm.

Saat 18:21-də AzTV əməkdaşları gəlib, AMEA qarşısında durublar (AzTV əməkdaşlarının Akademiya binasının önündə olduğunu əks etdirən foto – red.), hazırlıq görüb, 18:40-da çəkiliş aparıblar, amma efirdə 17:40-da AMEA-da çəkiliş apardıqlarını deyirlər. AzTV bu qədər yalanla hara gedir?
Baxın saatlara! 17:45-ə qədər AMEA qarşısında jurnalist görürsünüz? Bir kanal əməkdaşı olubmu orda? Sadəcə fotolarda dəqiq vaxtı özünüz görüb qiymət verin AzTV yalanına!”.

Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Nigar Fərhad haradadır?
"Arzum"un işində barışıq baş tutmayıb: Mərhumun anası razılıq vermir
"Arzum" bu şərtlərlə azadlığa çıxdı
VACİB“Arzum”un qərardan sonra halı pisləşdi, ürəyi getdi
Vaqif Əsədov jurnalistləri təbrik etdi
Bakıda Bakıdan xəbərsiz MƏXFİ görüş – Əliyev də ondan danışdı...