AzTV-də növbəti yenilik
Bu gün “Azərbaycan Televiziya və Radio Verilişləri” QSC-nin nəzdində bir qrup tanınmış mədəniyyət və incəsənət xadiminin daxil olduğu Bədii Şura yaradılıb.
Kanalın mətbuat xidmətindən verilən məlumata görə, məqsəd nümayiş olunan ədəbi-bədii və musiqili veriliş, proqram və layihələrdə aparıcıların danışıq, davranış və geyim tərzi, (bu, verilişlərə dəvət olunmuş müğənnilərə də aiddir) bədii tərtibatla bağlı Bədii Şura üzvlərinin rəylərinin nəzərə alınmasına xidmət edir.
Bədii Şura ayda 2 dəfə toplanmaqla Azərbaycan Televiziyası və Radiosu, “Mədəniyyət” və “İdman Azərbaycan”da yayımlanan veriliş və proqramları müzakirə edəcək, öz irad və təkliflərini verəcək. Yeni TV və Radio layihələrinin efir məkanına buraxılması kollegial şəkildə reallaşacaq.
Bədii Şurada müğənni, xalq artisti Mübariz Tağıyev, Milli Konservatoriyanın rektoru, professor, xalq artisti Siyavuş Kərimi, bəstəkar, xalq artisti Faiq Sücəddinov, xanəndə, xalq artisti Mənsum İbrahimov, şair, əməkdar incəsənət xadimi Baba Vəziroğlu, Mədəniyyət və İncəsənət Universitetinin rektoru, əməkdar incəsənət xadimi Ceyran Mahmudova, müğənni, xalq artisti Fidan Hacıyeva, dizayner-modelyer, xalq artisti Fəxriyyə Xələfova, rəqqasə, xalq artisti Təranə Muradova, tarzən, xalq artisti Ramiz Quliyev təmsil olunacaqlar.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Mətbuat Şurası Türkiyə mediasını məlumatları yoxlamağa çağırıb
İranın çirkin hicab oyunu: "Sahar Azəri" ifşa olundu
“Kim Milyoner Olmak İster” yarışmasında aparıcı dəyişikliyi
Karolin Leavit Fox news-da fəaliyyətə başlayır
ANS-in keçmiş işçisi MTV Azərbaycan-a direktor oldu
Azərbaycanda basketbol mövzusunda yeni xəbər portalı açıldı
Azərbaycan və Küveyt arasında media əməkdaşlığı genişləndirilir