AzTV-dən cavab: "Düşmən koronavirusdur!
Bütün dünyanı bürüyən koronavirus problemi fonunda xaricdəki bəzi soydaşlarımızın kiminsə məsuliyyətsiz paylaşımını və kontekstən çıxararaq yerləşdirdiyi cümləni əsas götürərək AzTV-yə qarşı hücuma keçməsi əsla başa düşülən deyil.
Özünü savadlı və xaricdə təhsil alan gənclər kimi təqdim edən həmin şəxslərin qaragüruh psixologiyası nümayiş etdirmələri insanı daha da narahat edir.
Əvvəla, bu gün AzTV efirinin 80%-ni vətəndaşların virusla bağlı maariflənməsi və xüsusən də xaricdəki soydaşlarımızın ölkəyə qayıtması üçün hara zəng etməsi üzərində qurub. Bunun üçün çoxsaylı materiallar, qrafikalar verilir, tok-şoular təşkil edilir. Konkret bu məsələyə gəlincə, süjetdə qeyd olunur ki, xaricdəki soydaşlarımız daha çox öz ölkələrində qalsalar və yerli tibbi xidmətlərdən yararlansalar, yaxşı olar. Çünki təcrübə də göstərir ki, virusa yoluxma halları xüsusən səfər prosesində baş verir. Bu fikri kontekstən çıxarıb yük kimi təqdim etmək və AzTV-ni günahlandırmaq sadəcə olaraq savadsızlıq və məsuliyyətsizlikdir. Bu gün hər birimizin bir düşməni var. O da koronavirusdur. Başqa düşmən axtarmaq və ya hansısa qurumu nədəsə ittiham etmək və bu işə dəstək vermək, bir daha qeyd edirik ki, savadsızlıqdır. Kim məsələyə həqiqətən obyektiv və ədalətli yanaşmaq istəyirsə, xahiş edirik ki, mətndə təkrar yerləşdirdiyimiz məlum süjetin yayımlandığı videomateriala bir də baxsın.
ƏLAQƏLİ
Təxribat cəhdlərinin heç bir nəticəsi olmayacaq – Partiya sədrindən sərt mövqe
https://www.youtube.com/watch?v=_5rXBrtwjbE&feature=emb_title
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
"Məni ən çox azyaşlı qızlarımızın taleyi düşündürür"
FHN yanğın təhlükəsizliyi mövzusunda kütləvi aksiya keçirdi
Bakıda jurnalist Nəcəf Nəcəfovun məzarı üzərindəki barelyef bərpa edilib
Kəlbəcərə qar, Yardımlıya dolu düşüb - faktiki hava
İtkin düşmüş şəxslərlə bağlı beynəlxalq konfrans iştirakçıları Xocalıda