AzTV-də daha bir yenilik
Azərbaycan Dövlət Televiziyasında film-tamaşalar ənənəsi uzun fasilədən sonra bərpa olunur.
“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, Azərbaycantelefilm Yaradıcılıq Birliyinin yeni direktoru, xalq artisti, rejissor Ramiz Həsənoğlu bu vəzifəyə təyin edildikdən sonra sözügedən istiqamətdə işlərə start verilib. Artıq filmlərin siyahısı da dəqiqləşib.
Bu qəbildən yazıçı Elçinin, dahi mütəfəkkir İmaddədin Nəsiminin, Rəsul Rzanın əsərləri, Cəfər Cabbarlının keşməkeşli həyatı, Anarın ssenarisi əsasında “Azad bir quş idim”, həmçinin Şah İsmayıl, Sultan Səlim Yavuz, Uzun Həsən və digər nüfuzlu tarixi şəxsiyyətlərin həyatına həsr olunan “Fatehlərin divanı”kimi çoxseriyalı filmlər də ekranlaşdırılacaq.
Xatırladaq ki, AzTV-nin eks- sədri Arif Alışanov Prezidentin 15 yanvar sərəncamı ilə vəzifəsindən azad edilib. Onun səlahiyyətlərini kanalın gənc jurnalisti Rövşən Məmmədov icra edir.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Mətbuat Şurası Türkiyə mediasını məlumatları yoxlamağa çağırıb
İranın çirkin hicab oyunu: "Sahar Azəri" ifşa olundu
“Kim Milyoner Olmak İster” yarışmasında aparıcı dəyişikliyi
Karolin Leavit Fox news-da fəaliyyətə başlayır
ANS-in keçmiş işçisi MTV Azərbaycan-a direktor oldu
Azərbaycanda basketbol mövzusunda yeni xəbər portalı açıldı
Azərbaycan və Küveyt arasında media əməkdaşlığı genişləndirilir